FIFA Afrika Millətlər Kubokunda (AFCON) iştirak edəcək futbolçuların klublarından ayrılması üçün son tarixi uzadıb.
Elchi.az xəbər verir ki, əvvəlcə dekabrın 8-dək müəyyən edilmiş tarix 15-dək artırılıb.
Buna oxşar qərar 2022-ci ildə klub mövsümü davam edərkən qışda keçirilən Qətərdəki dünya çempionatı öncəsi qəbul edilmişdi.
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot daha əvvəl Misir millisinin kapitanı Məhəmməd Salahın yığmaya dekabrın 15-də qoşulacağını bildirmişdi. Son tarixlə bağlı dəyişiklik ulduz hücumçuya dekabrın 9-da Çempionlar Liqasında “İnter”ə (İtaliya), 13-də isə Premyer Liqada “Brayton”a qarşı matçlarda iştirak etməyə imkan verir.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2026-cı il dekabrın 21-dən 2027-ci il yanvarın 18-dək keçiriləcək.






















Yaxşı ediblər ki, vaxtı uzadıblar. FIFA-nın bu qərarı ilə oyunçular daha çox oyunda iştirak edə biləcəklər. Salah kimi ulduzlarin komandada qalmağı superdi. Klublar da razı olacaq yəqin.