"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

27 Noyabr 2025 - 19:50
in İDMAN
FacebookVatsap

BP şirkəti iki mərhələli seysmik tədqiqatlar aparıldıqdan sonra “Qarabağ” yatağının mənimsənilməsi proqramının hazırlanmasına başlayacaq.

Bunu da oxuyun

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

“Real Madrid” Premyer Liqanın lider qapıçısına elçi düşdü

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

Bu barədə Elchi.az – a BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi ilə bağlı risk servis sazişi üzrə operatordur.

B.Aslanbəyli qeyd edib ki, il ərzində şirkət yataq üzrə hazırlıq işlərini həyata keçirib və ilin sonundan başlayaraq genişmiqyaslı seysmik proqram reallaşdırılacaq:

“Bu seysmik proqram iki hissədən ibarətdir. Bunlardan biri dəniz dibi ilə bağlı düyün sensorlarından istifadə edilməklə həyata keçiriləcək seysmik proqramdır. Digəri isə yüksək dəqiqlik və ultrayüksək həssaslıqlı sensorlarla aparılan seysmik proqram olacaq. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım – dörd ay davam edəcək”.

Onun sözlərinə görə, ikinci proqram birincisi başa çatdıqdan sonra (təxminən mart-aprel aylarında) başlayacaq və 45 gün davam edəcək.

“Nəticədə, birinci seysmik proqramın nəticələrinə əsasən yataq haqqında geniş məlumatlar əldə etməyi, həmçinin geoloji qatların vəziyyəti haqqında mövcud məlumatlarımızı dəqiqləşdirməyi planlaşdırırıq. İkinci proqram isə mövcud riskləri qiymətləndirməyə və işlənmə proqramının həyata keçirilməsi və platformaların quraşdırılması zamanı gələcəkdə yarana biləcək potensial riskləri əvvəlcədən müəyyən etməyə imkan verəcək. Yalnız bundan sonra yatağın işlənmə proqramı hazırlanacaq, Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) tərəfdaşlara təqdim ediləcək və təsdiqlənməsindən sonra bu proqramın həyata keçirilməsi üzrə işlərə başlanacaq. Vacib məqam odur ki, “Qarabağ” yatağında hasilat “Azəri-Çıraq-Günəşli” yatağının artıq mövcud olan infrastrukturu ilə əlaqələndiriləcək, onun həm ixrac boru kəməri şəbəkəsindən, həm də mövcud hasilat infrastrukturundan istifadə edərək vahid sistem yaradacaq”, – B.Aslanbəyli bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP SOCAR ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən “Qarabağ” yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

İlkin qiymətləndirmələrə görə, “Qarabağ” yatağında neftin geoloji ehtiyatları 60 milyon tondan çoxdur, bunlardan 21 milyon ton neft və 13 milyard kubmetr qaz çıxarıla bilən hesab olunur.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, “Qarabağ” dəniz neft yatağında pik hasilat sutkada 7,5 milyon barel, illik hasilat isə pik nöqtədə 2,7 milyard bareldən çox olacaq.

 

Previous Post

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Next Post

Ukrayna və ABŞ sülh planı üzrə danışıqları həftəsonu davam etdirəcək

Bənzər yazılar

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

03 Noyabr 2026 - 10:27

Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Elchi.az xəbər verir ki, Azərbaycan çempionu III...

“Real Madrid” Premyer Liqanın lider qapıçısına elçi düşdü

“Real Madrid” Premyer Liqanın lider qapıçısına elçi düşdü

03 Noyabr 2026 - 10:15

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Brayton” komandasında çıxış edən Niderland millisinin qapıçısı Bart Verbrüggeni transfer etmək istəyir. Elchi.az “Football Insider”ə...

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14

İtaliyanın “Milan” klubu Belçikanın “Union Sent-Jilluaz” komandasında çıxış edən seneqallı müdafiəçi Massire Silla ilə maraqlanır. Elchi.az xəbər verir ki, bu...

Next Post
Ukrayna və ABŞ sülh planı üzrə danışıqları həftəsonu davam etdirəcək

Ukrayna və ABŞ sülh planı üzrə danışıqları həftəsonu davam etdirəcək

İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyən edilib

İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyən edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

03 Noyabr 2026 - 12:29
Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

03 Noyabr 2026 - 12:20
Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03 Noyabr 2026 - 12:04
Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

03 Noyabr 2026 - 11:57
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

03 Noyabr 2026 - 11:50
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43
Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

03 Noyabr 2026 - 11:35
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:32
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:29
Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

03 Noyabr 2026 - 11:24
Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

03 Noyabr 2026 - 11:16
Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

03 Noyabr 2026 - 11:10
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

03 Noyabr 2026 - 10:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.