Livan prezidenti Cozef Aun ölkəsi ilə Kipr arasında eksklüziv iqtisadi zonanın (EEZ) müəyyən edilməsi də daxil olmaqla, dəniz sərhədlərinin demarkasiyasına dair saziş imzaladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Kiprli həmkarı Nikos Xristodulides ilə Beyrutda keçirdiyi birgə mətbuat konfransı zamanı Aoun bildirib ki, sərhədlərin demarkasiyası Livan və Kiprə iki ölkə arasında birgə əməkdaşlıq da daxil olmaqla, dəniz zonasında faydalı qazıntıların kəşfiyyatına başlamağa imkan verəcək.
Məryəm





















