İran hakimiyyəti hesab edir ki, İslam Respublikasının nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar faydasızdır.
Elchi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib.
“Danışıqların ikitərəfli xarakterini tanımayan, İrana hərbi müdaxiləsi və iranlı uşaqların qətli ilə fəxr edən və açıq şəkildə öz tələblərini irəli sürməyə çalışan tərəfdaşla danışıqların heç bir məntiqi əsası yoxdur”, – o qeyd edib.
Baqainin vurğuladığı kimi, “Hazırda İran və ABŞ arasında heç bir danışıqlar aparılmır”.
2025-ci ildə İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatına başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə hava zərbələri endirməsi səbəbindən İran və ABŞ arasında nüvə danışıqlarının beş raundu nəticəsiz başa çatıb. Sentyabrın 23-də İran lideri Əli Xamneyi ABŞ-la danışıqların İslam Respublikasının milli maraqlarına cavab vermədiyini bəyan edib.
Məryəm




















