İraqın baş naziri Məhəmməd əl-Sudani “Lukoyl” neft şirkətinin təsisçisi Vahid Ələkbərov ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə İraq baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş “ABŞ Maliyyə Nazirliyinin şirkətə qarşı sanksiyalar tətbiq etməsi fonunda neft hasilatının sabit saxlanılması üçün həll yollarının tapılması və mexanizmlərin müəyyən edilməsinə” həsr olunub. Əl-Sudaninin ofisi İraq tərəfinin “sabit hasilat səviyyəsini qorumaqda” və qlobal neft bazarlarını sabitləşdirməkdə maraqlı olduğunu vurğuladı.
Məryəm





















