Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası Yer kürəsində təxminən 36 saatdır davam edir.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik plazma fizikası şöbəsinin Günəş astronomiyası və heliofiziki alətlər laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.
“Maqnit qasırğası dünən səhər saat 3 radələrində başlayıb, G4.7 səviyyəsinə çatıb (bu ilin ən böyük fırtınası) və hazırda təxminən 36 saat davam edib. Biz onun günün sonuna qədər sona çatacağını gözləyirik”, – alim qeyd edib.
Yer kürəsinin maqnit sahəsinin intensivliyi beş ballıq monitorinq şkalası ilə ölçülür, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.
Məryəm





















