Türkiyə Milli Müdafiə Nazirliyi bu gün qəzaya uğrayan C130 hərbi yük təyyarəsində olan hərbçilərin sayını açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlik təyyarədə 20 hərbi personalın olduğunu bildirib.
Qeyd edək ki, bu gün Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbi açıqlanmayıb.





















