"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Límite Informativo”: Azərbaycan WUF13-də “ağıllı şəhər”lər üzrə innovativ həllərini təqdim edəcək

11 Noyabr 2025 - 18:06
in SİYASƏT
FacebookVatsap

İspaniyanın “Límite Informativo” nəşri Azərbaycanın 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlığına dair məqalə hazırlayıb.

Bunu da oxuyun

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

Elchi.az-ın məlumatına görə, nəşr Azərbaycanın şəhər planlaşdırması, dayanıqlı inkişaf strategiyası insan-mərkəzli inklüziv şəhər modeli sahəsində innovativ yanaşmalar nümayiş etdirdiyini vurğulayır.

“Límite Informativo” bildirib ki, WUF13 insan-mərkəzli şəhər planlaşdırması fəlsəfəsinin təşviqi və sosial ədalət, inklüzivlik və vətəndaş iştirakı prinsiplərinin dəstəklənməsi üçün bir platforma olacaq.

Qadınların, gənclərin və sağlamlıq imkanları məhdud olan insanların şəhər həyatına tam inteqrasiyasına, həmçinin “Heç kim geridə qalmasın” və “Qadınlar və şəhər transformasiyası” təşəbbüslərinə xüsusi diqqət yetirilir.

“WUF13 sadəcə beynəlxalq konfrans kimi deyil, həm də Azərbaycanın şəhər inkişafı strategiyasını modernləşdirmək, sosial və ekoloji dayanıqlılıq prinsiplərini gücləndirmək, həmçinin dünyaya ölkənin növbəti onilliklər üçün dayanıqlı şəhər planlaşdırması modelini nümayiş etdirmək üçün strateji platforma kimi çıxış edir. Forum, eyni zamanda yerli mütəxəssislərin bilik və təcrübəsini genişləndirmək, elmi və akademik əməkdaşlığı stimullaşdırmaq, eləcə də Azərbaycanda şəhər planlaşdırması sahəsini inkişaf etdirmək üçün əhəmiyyətlidir”, – məqalədə bildirilib.

Nəşr Azərbaycanın azad edilmiş ərazilərində – Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, digər şəhər və rayonlarda həyata keçirilən layihələrə diqqət çəkir. Bunlar isə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə nümunədir. Tətbiq olunan texnologiyalar arasında bərpa olunan enerji mənbələrindən istifadə, intellektual küçə işıqlandırma sistemləri, rəqəmsal nəzarət və s. var. Bu təşəbbüslər BMT-nin “Yeni Şəhər Gündəliyi” sənədinin prinsiplərinə uyğun olaraq Asiya ilə Avropa arasında dayanıqlı inkişaf körpüsü formalaşdırır.

“Məsələn, Ağdam şəhərinin baş planı 2050-ci ilə qədər 100 min sakin üçün nəzərdə tutulub və bərpa olunan enerji mənbələrindən tam istifadəni əhatə edir. Füzuli və Zəngilan rayonlarında tətbiq edilən “ağıllı” işıqlandırma, tullantıların çeşidlənməsi və suyun təkrar istifadəsi sistemləri “yaşıl transformasiya”nın real nümunələridir”, – “Límite Informativo” qeyd edir.

Bildirilib ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri enerji qənaəti, rəqəmsal idarəetmə, su və tullantıların emalı, həmçinin ekoloji nəzarət sistemlərinin inteqrasiyasını əhatə edir: “İlk “ağıllı kənd” – Ağalı (Zəngilan) – 2022-ci ildən məskunlaşdırılıb: fərdi evlər günəş panelləri ilə təmin edilir, su təmizləmə və tullantıların çeşidlənməsi sistemləri isə tam avtomatlaşdırılıb”.

Qeyd edilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə əsasən, 2025-2035-ci illər üçün “Ağıllı şəhər 2.0” proqramı 12 şəhər və qəsəbənin bu formata keçidini nəzərdə tutur. Həmçinin, bu layihələrin bəziləri WUF13-də “Yaşıl gələcək üçün şəhərlər” mövzu sessiyasında təqdim ediləcək.

“Paytaxtı Bakıda tarixi irs və müasir arxitekturanın birləşməsi nümunələri, köhnə şəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Zəngilanın “yaşıl şəhər” konsepsiyası və Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı kimi tanınması Azərbaycanın ənənələrə və innovasiyalara sadiqliyini nümayiş etdirir”, – “Límite Informativo” yazıb.

Nəşr, həmçinin qeyd edir ki, WUF13-ün əsas mövzusu – “Hər kəs üçün mənzil: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məntəqələri” Azərbaycanın sosial inkişaf strategiyasına uyğundur. Xüsusi diqqət inklüzivliyə və iqlimə davamlı həllərə yönəldilib. Forum yerli icmaların, qadınların, gənclərin və sağlamlıq imkanları məhdud olan insanların şəhər həyatında iştirakını genişləndirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün beynəlxalq təcrübədən istifadə etməyə imkan verir.

Forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə Azərbaycanın uğurlu təcrübəsini nümayiş etdirir və ölkənin uzunmüddətli davamlı inkişafına strateji investisiyadır.

Previous Post

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib

Next Post

Azərbaycanın Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

Bənzər yazılar

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09

ABŞ bu qış Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır. Elchi.az xəbər...

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11

Ermənistan ilə Latviya Ermənistan Respublikası və Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icrasına dair protokol imzalayıb....

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08

“Gürcüstanın Azərbaycan və Ermənistanla çox sıx münasibətləri var”. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında...

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18

Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Azərbaycanın Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.