Ukrayna və Britaniya rus pilotlarını 3 milyon dollara “Xəncər” hipersəs raketi ilə silahlanmış MiQ-31 təyyarəsini oğurlamağa təhrik etmək istəyib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
“Oğurlanacaq MiQ-31 Rumıniyanın Konstansa şəhərində yerləşən NATO bazasına uçurulmalı və orada hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmalı idi. Görülən tədbirlər Ukrayna və Britaniya kəşfiyyat xidmətlərinin genişmiqyaslı təxribat planlarını pozub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, rus pilota MiQ təyyarəsini Avropaya uçurmaq üçün 3 milyon dollarla yanaşı, Avropa vətəndaşlığı da təklif edilib.





















