İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın tərksilah edilməsini müdafiə edərək, Qəzzaya yenidən hücum edəcəyi ilə hədələyərək, “Bu (HƏMAS-ın tərksilahı) asan yolla əldə olunarsa, əladır. Əks halda, çətin yolla əldə olunacaq” deyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra xalqa müraciət edib.
Çıxışına ABŞ prezidenti Donald Trampa təşəkkür etməklə başlayan Netanyahu, razılaşma əldə edildikdən sonra Qəzzada olan bütün israilli məhbusların təhvil veriləcəyini bildirib.
Netanyahu, HƏMAS-ın Qəzzaya hücumları nəticəsində “təzyiq səbəbiylə razılaşmanı qəbul etdiyini” iddia etdi. İsrailin baş naziri ölən məhbusların cəsədlərinin yerlərinin müəyyən edilərək İsrailə gətirilməsi üçün çalışacaqlarını bildirsə də, atılacaq addımlarla bağlı heç bir təfərrüat verməyib.
Tramp: “Husilər çox yanlış hərəkətlər edirlər”
\ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı hücumları şərh edərək bildirib: "Husilər səhv hərəkət edirlər — çox səhv. Bu vəziyyət...




















