Türkiyənn Uşak əyalətində keçirilən əməliyyat nəticəsində narkotik ticarəti ilə məşğul olduqları iddia edilən İranın üç vətəndaşının qaldığı evdən və mədələrindən bir kilo 516 qram metamfetamin aşkar edilib.
Elchi.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumatı əyalətin Narkotiklə Mübarizə Şöbəsi yayıb.
Bildirilib ki, İrandan Türkiyəyə narkotik maddə gətirildiyi barədə kəşfiyyat məlumatı əsasında əməliyyat keçirilib. Texniki və fiziki izləmə nəticəsində, İrandan İzmirin Adnan Menderes Hava Limanına gələn, oradan taksi ilə Uşaka keçdiyi müəyyən edilən üç şəxsin qaldıqları yer müəyyən edilib.
Şübhəlilər xəstəxanaya aparılıb. Rentgen müayinələrində onların mədəsində kapsul içində gizlədilmiş metamfetamin aşkar edilib. İran vətəndaşları barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.






















Ay bala, nə pis işlərdi bu belə! Türkiyədə camaatın necə də başı xarab olub. Bu iranlılar da gəlib orda belə işlərlə məşğul olur, lap pis. Yaxşı ki tutublar bunları, valla.
Əhsən, super xəbərdi. Türkiyə polisi çox işləyir, bu da Türkiyədə belə şeylərin tez-tez baş verəcəyini göstərir. Belə narkommanlar həbs olunmalıdır.