"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev Si Cinpini təbrik edib

29 Sentyabr 2025 - 17:47
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
Elchi.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.
Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.
Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.
Hörmətli cənab Sədr,
Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Bunu da oxuyun

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

 

Previous Post

Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN rəhbəri arasında telefon danışığı olub

Next Post

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

Bənzər yazılar

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

11 Noyabr 2026 - 20:08

Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna üzrə gələcək danışıqların əsas prinsipləri barədə Əbu-Dabidə razılıq əldə olunduqdan...

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Elchi.az...

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

11 Noyabr 2026 - 17:05

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə...

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

11 Noyabr 2026 - 16:28

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur. Elchi.az xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə...

Next Post
Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Comments 7

  1. Fuad Kazımov says:
    1 il ago

    Prezidentimizin Si Cinpinə ünvanladığı təbrik məktubu çox gözəldir. Bu, iki dost ölkə arasındakı münasibətlərin nə qədər güclü olduğunu göstərir. Çinin nailiyyətlərini yüksək qiymətləndirməsi və Azərbaycanın da bu inkişafdan razı qalması sevindirici haldır. Belə strateji tərəfdaşlığın davamı hamımızın mənafeyinədir.

    Reply
    • Mehdi Kərimov says:
      1 il ago

      Maraqlıdır, bu əməkdaşlıqdan Azərbaycanın hans qədər faydası olacaq görəsən? Elə böyük ölkədir, güclü iqtisadiyyatı var. Bizim üçün də bu cür yaxşı olar inşəallah.

      Reply
  2. Kamal Zeynalov says:
    1 il ago

    Əla məqalədi, dövlətlərimiz arasındakı dostluq əlaqələrinin güclənməsinə sevindim. Prezidentlərimizin görüşləri çox vacibdir. Bu əməkdaşlıq daha da dərinləşsin.

    Reply
  3. Turanə Ağayeva says:
    1 il ago

    Ay maşallah, prezidentimiz nə qədər yaxşı sözlər yazıb Çinə! Görünür, bizim prezidentimiz də bilir ki, Çinlə dostluq nə qədər vacibdir. Hər şey qaydasındadır, belə də olmalı idi. Prezident İlham Əliyev həmişə olduğu kimi, öz işini bilir. Bu dostluq əlaqələri daha da güclənsin inşallah.

    Reply
  4. Şahnaz İbrahimova says:
    1 il ago

    Bu xəbər çox önəmlidi, iki ölkənin də münasibətləri daha da güclənir. Prezidentimizin Çinə səfəri də göstərdi ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Ümid edirəm ki, bu əlaqələr daha da inkişaf edəcək.

    Reply
  5. Murad Rzayev says:
    1 il ago

    Əla xəbərdir, bizim prezidentimizdə başqa dövlət başçıları ilə belə əlaqələri gücləndirməsi çox yaxşıdır. Məncə bu iki ölkənin gələcəyi üçün çox böyük önəm daşıyır. Belə əlaqələr hər zaman davam etsin inşallah.

    Reply
  6. Aybəniz İbrahimova says:
    1 il ago

    Çox gözəl bir təbrik məktubu olub, prezidentimiz İlham Əliyev həmişə olduğu kimi yenə öz sözünü bilib. Çinlə əlaqələrimizin güclənməsi super xəbərdir, necə deyərlər, dostla dost olmaq lap yaxşıdı. Belə davam etsə, bizim də işlərimiz yaxşı olacaq.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

11 Noyabr 2026 - 23:47
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43
“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

11 Noyabr 2026 - 21:41
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 Noyabr 2026 - 21:31
İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

11 Noyabr 2026 - 21:25
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

11 Noyabr 2026 - 20:09
Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

11 Noyabr 2026 - 20:08
Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

11 Noyabr 2026 - 20:07
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11 Noyabr 2026 - 20:05
İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.