Türk Dünyası çərçivəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycan Respublikası əvəzsiz töhfə və sarsılmaz dəstək verib.
Elchi.az xəbər verir ki, bunu “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktyor kimi” mövzusuna həsr olunmuş konfransda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman deyib.
“Prezidentin qeyd etdiyi kimi, Türk Dünyası geniş coğrafiyaya, geniş əraziyə, böyük hərbi qüdrətə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, gənc və getdikcə artan əhalisinə, eyni kökdən olan xalqlara malikdir. Bundan daha güclü birlik ola bilərmi? Təbii ki, yox! Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktyor və güc mərkəzi olması üçün birgə səy göstərməliyik. Buna ancaq birlikdə nail ola bilərik”, – Kocaman bildirib.
Baş katibin müavini strateji coğrafi mövqeyinə görə Azərbaycanın ticarət və nəqliyyatın inkişafı baxımından Türk dünyasının çox əhəmiyyətli bir hissəsi olduğunu qeyd edib.
“Azərbaycan Türk dünyasında körpü rolunu oynayır”, – o əlavə edib.





















