Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu seçkilərində Ovannavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləməyə qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, o, bu məsələdə hakimiyyəti dəstəkləyən və II Qaregini tənqid edən yeganə din xadimidir.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl N.Paşinyan bir daha bəyan edib ki, II Qareginin istefası məsələsində güzəşt olmayacaq.
Ermənistan hakimiyyəti ilə erməni apostol kilsəsi arasında qarşıdurma baş nazirin sosial şəbəkələrdə ali ruhaniləri tənqid edən sərt bəyanatlarından sonra kəskinləşib. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi qaydasını dəyişdirməyi və bu prosesdə dövlətin əsas rol oynamasını təklif edib.






















Bu məqalə erməni kilsəsindəki dəyişikliklər haqqında çox maraqlı məlumatlar verir. Paşinyanın Aram Asatryana dəstək verməsi qərarı diqqətəlayiqdir. Görünür, erməni kilsəsində yeni bir dövr başlayır. Bu hadisələrin necə inkişaf edəcəyini izləmək maraqlı olacaq.
Məqalədəki məlumatlar çox maraqlıdır. Lakin, hər kəs eyni fikirdə olmaya bilər, bu təbiidir. Paşinyanın qərarı bəziləri üçün gözlənilməz ola bilər. Bu cür dəyişikliklər həmişə fərqli reaksiyalara səbəb olur.
Məqalə maraqlıdı, amma Paşinyanın II Qareginin yerinə Aram Asatryanı namizəd göstərməsi çox təəccüblüdür. Bu, hökumətlə kilsə arasında gərginliyi daha da artıracaq? Əvvəlki şərhlərdə də qeyd olunduğu kimi, hər kəs eyni fikirdə olmayacaq.