"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Məhkumlar da icbari tibbi sığortaya cəlb olunacaq

15 Sentyabr 2025 - 16:58
in XƏBƏR LENTİ
FacebookVatsap

“Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişikliklə sığorta olunan əhali kateqoriyası bir qədər də genişlənir. Bu mütərəqqi yenilik həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə qarşı dövlətimizin humanist yanaşmasının daha bir göstəricisidir.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin qurumun bugünkü iclasında deyib.
O bildirib ki, hazırkı qanuna əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər sığorta olunan hesab olunmur və onlar üçün sığorta hesabına heç bir xidmət təminatı yoxdur:
“Həmin şəxslər qanunvericiliyə əsasən, penitensiar müəssisənin xəstəxanalarında tibbi xidmət ala bilirlər və ya penitensiar müəssisənin xəstəxanalarında yardım göstərilməsi mümkün olmadıqda, tibb-sanitariya hissəsinin rəyi və Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin müraciəti əsasında Penitensiar xidmətin müvafiq qurumu tərəfindən xəstə məhkumların cəzaçəkmə müəssisələrindən kənar səhiyyə müəssisələrinə müayinə və qısamüddətli müalicəyə göndərilir. Əksər hallarda, qurumun səhiyyə xərcləri ilə bağlı resursları və imkanları məhdud olduğu üçün bu göndərişlər təşkil oluna bilmirdi.
Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən, tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmiş məhkumlar bu növ xidmətlərin, dərman vasitələrinin ödəniş haqqını öz şəxsi hesablarındakı vəsaitdən ödəyir və ya onların qohumları tərəfindən ödənilir.
Təklif olunan yeni qanun məhkumların tibbi xidmətlərə əlçatanlığı artıracaq və qurumun, məhkum və yaxınlarının maliyyə yükü ilə üzləşmədən, icbari tibbi sığorta sisteminin xidmətlər zərfi çərçivəsində tibbi xidmət almasını təmin edəcək. Göstəriləcək xidmətlərin tətbiqi şərtləri il ərzində 1 500 məhkumun tibbi sığortadan yararlanmasını nəzərdə tutur”.
P.Vəliyeva əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səhiyyə hüququ təkcə Azərbaycan Respublikası vətəndaşları üçün deyil, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir:
“Müzakirə etdiyimiz qanun layihəsi ilə cəza çəkməkdə olan həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslər qeyd olunan xidmət şərtləri daxilində sığortaolunan hesab olunacaq. Belə ki, hazırda, BMT-nin himayəyə götürdüyü şəxslər sığorta olunan hesab olunur, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə yalnız işlədiyi zaman sığortaolunan hesab edilirdi. İndi isə yeni bir kateqoriya – məhkum edilmiş əcnəbilər də İTS fondu hesabına xidmətlər zərfi çərçivəsində tibbi xidmət ala biləcək”.

Bunu da oxuyun

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

 

Previous Post

Samir Şərifova daha bir vəzifə verildi – Sərəncam

Next Post

Kreml: NATO faktiki olaraq Rusiya ilə müharibə aparır

Bənzər yazılar

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə,...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Next Post
Kreml: NATO faktiki olaraq Rusiya ilə müharibə aparır

Kreml: NATO faktiki olaraq Rusiya ilə müharibə aparır

Sabah iki kənddə qaz olmayacaq

Sabah iki kənddə qaz olmayacaq

Comments 6

  1. Nuranə Səfərova says:
    1 il ago

    Çox gözəl təklifdir. Bu dəyişikliklə məhkumlar üçün də tibbi xidmətlərə əlçatanlıq artacaq. Beləcə, heç bir vətəndaşımız tibbi yardım ala bilməməzlik etməyəcək. İnanıram ki, bu, dövlətimizin humanist siyasətinin davamıdır.

    Reply
    • Tunar Həsənov says:
      1 il ago

      Qəribədir, amma həkimlik heç də asan iş deyil, xüsusilə də əvvəllər “qapalı qapılar ardında” olanlar üçün indi “açıq qapı” prinsipi ilə xidmət göstəriləcək. Bu qanun layihəsi ilə hər kəs sağlamlığının qeydinə qalmalı olacaq, hətta bəziləri bunu şansa bağlayardı. Görəsən, “sığorta polisi”ni də qol qaçırmayalar.

      Reply
      • Lalə Şıxıyeva says:
        1 il ago

        Bu qanun layihəsi ilə məhkumların da tibbi sığortaya cəlb olunması düşünülmüş bir addımdır. Amma əsas sual budur ki, bu yeni sistemin tətbiqi hansı çətinlikləri yarada bilər? İcbari tibbi sığortanın genişlənməsi hər bir vətəndaşın sağlamlığına göstərilən diqqətin artması deməkdir, lakin bu, nə qədər effektiv olacaq? Məgər sığorta polisi ilə bağlı hər kəs tam məlumatlı olacaq mı?

        Reply
        • Həsən Cəfərov says:
          1 il ago

          Bu qanun layihəsi ilə məhkumların da tibbi sığortaya cəlb olunması çox gözəl bir fikirdi. Bu, onların da sağlamlığına diqqət yetiriləcəyi anlamına gəlir. Məncə, bu, cəmiyyət üçün də müsbət bir addımdır.

          Reply
  2. Tural Rüstəmov says:
    1 il ago

    Bu dəyişikliklər çox yaxşıdır, məhkumlar üçün də tibbi xidmətin yaxşılaşdırılması vacibdir. Dövlətimizin bu cür addımlar atması humanist yanaşmanın göstəricisidir. Ümid edirəm ki, bu yenilik məhkumların sağlamlığı üçün böyük fayda gətirəcək.

    Reply
    • Şahin Qasımov says:
      1 il ago

      Bu dəyişikliklər çox yaxşıdır, məhkumlar üçün də tibbi xidmətin yaxşılaşdırılması vacibdir. Dövlətimizin bu cür addımlar atması humanist yanaşmanın göstəricisidir. Ümid edirəm ki, bu yenilik məhkumların sağlamlığı üçün böyük fayda gətirəcək. Bu, əhalinin sığorta ilə təminatının genişlənməsi deməkdir.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.