ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubioya Qətərlə müdafiə sahəsində əməkdaşlıq sazişini yekunlaşdırmaq barədə göstəriş verdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qətərə İsrailin hücumu ilə bağlı xəbərdarlıq edilməsi göstərişi verdiyini ifadə edərək, “Xüsusi elçi Stiv Witkoffa yaxınlaşan hücumla bağlı Qətərliləri dərhal məlumatlandırmasını söylədim və o bunu etdi, lakin təəssüf ki, hücumu dayandırmaq üçün çox gec idi” deyib.
Şayəstə Hüseynova





















