Ukraynanın paytaxtı Kiyev müharibə başlayandan bəri ən intensiv hava hücumlarına məruz qalıb. Rusiya hücumlarında dörd nəfər həlak olub, bu, ilk dəfə hökumət binasının hədəfə alınmasıdır.
Elchi.az xəbər verir ki, Rusiya Ukrayna-Rusiya müharibəsinin ən sərt hücumlarından birində Kiyevi hədəfə alıb. Ukrayna prezidenti Vladimir Zelenski hücumlarda 800-dən çox pilotsuz uçuş aparatının (PUA) istifadə edildiyini açıqlayıb. Bu, ilk dəfə hökumət binasının birbaşa vurulması idi, nəticədə dörd nəfər həlak oldu.
800-DƏN ÇOX İHA İSTİFADƏ EDİLİB
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumları ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Zelenski Rusiya qüvvələrinin paytaxt Kiyevə endirdiyi hava hücumlarında 800-dən çox pilotsuz uçuş aparatı (PUA), 4 ballistik raket və 9 qanadlı raketdən istifadə etdiyini bildirib.
4 ÖLÜ, 44 YARALI
Hücumlarda 4 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını deyən Zelenski paytaxtda ilk yardım qruplarının işini davam etdirdiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin əksəriyyətinin zərərsizləşdirildiyini, lakin 54 pilotsuz təyyarə və 9 raketin şəhərdəki hədəfləri vurduğunu açıqlayıb.
ƏN GENİŞ HAVA HÜMÜŞÜ
Müharibə başlayandan bəri ən geniş miqyaslı hava hücumunda Rusiya qüvvələrinin ilk dəfə hökumət binasına zərbələr endirdiyi bildirilir.
Şayəstə Hüseynova






















Son şərhlər