Elm adamları uzun müddətdir müzakirə edilən “3I/ATLAS”ın sirrini həll etdiklərini açıqladılar.
Elchi.az xəbər verir ki, Alimlər Günəş sistemindən keçən sirli səma cisminin indiyədək çəkilmiş ən aydın görüntülərini paylaşıblar. Çilidəki Əkizlər Cənub Rəsədxanasında indiyə qədər çəkilmiş ən kəskin görüntülər aylardır müzakirə mövzusu olan “3I/ATLAS”ın sirrini açdı.
Bildirilib ki, Günəşə doğru 221.000 kilometr (147.000 mil/saat) sürətlə hərəkət edən cismin nüvəsi ətrafında parlaq bir bölgə və Günəşdən uzaqda uzanan quyruğu var.

“Bu yeni şəkillər “3I/ATLAS”ın kometa olduğunu açıq şəkildə nümayiş etdirir”, – Lancashire Universitetinin doktoru Mark Norris bildirib.
London İmperial Kollecinin doktoru Metyu Qenqin dediyinə görə, “3I/ATLAS” atmosferi Yerdəki kometlərdən daha çox karbon qazı və daha az su ehtiva edir. Bu, cismin öz ulduzundan çox uzaqda formalaşdığını göstərir. Tədqiqatçılar deyirlər ki, bu tapıntı uzaq ulduz sistemlərində planetlərin əmələ gəlməsi prosesləri haqqında mühüm ipucu verir.
Şayəstə Hüseynova






















Son şərhlər