Fələstini dövlət kimi tanımağa qərar verən ölkələrin sayı hər keçən gün artır. Bu yaxınlarda Belçika BMT Baş Assambleyasında Fələstin Dövlətini tanıyacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevot deyib.
Prevot Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci iclasında ölkəsinin Fələstini tam dövlət kimi tanıyacağını açıqlayıb.
Belçikanın xarici işlər naziri iki dövlət həllinə sadiq olduqlarını bir daha bəyan edərək, soyqırımı törədən İsrailə qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib.
Bu günə qədər BMT-nin 193 üzvündən 147-si Fələstini rəsmən tanıyır. Türkiyə 1988-ci il noyabrın 16-da elan edilən Fələstin Dövlətini tanıyan ilk dövlətlərdən biri olub.
Şayəstə Hüseynova






















Son şərhlər