Fələstin prezidenti Abbas deyib ki, qatil İsrail Qəzzanı az qala məhv etdikdən sonra Fələstini də tamamilə məhv etmək istəyir.
Elchi.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə kanalına verdiyi açıqlamada, “İsrail Fələstini tamamilə məhv etmək istəyir. Fələstinə aid heç bir şey görmək istəmir və buna görə də 7 oktyabr (2023) sonra etdiklərini etdi və Qəzzanı demək olar ki, tamamilə məhv etdi” dedi.
İsrailin Fələstini məhv etmək niyyəti ilə bağlı Abbas, “İsrailin etməyə çalışdığı, istədiyi və etməyə davam etdiyi budur. Beynəlxalq ictimaiyyət icra olunmayan qərarlar verməyə öyrəşib. Birləşmiş Millətlər Təşkilatında minlərlə qətnamə qəbul edilib, heç biri də yerinə yetirilməyib” deyib.
Fələstin Prezidenti, “Fələstindəki vəziyyət indi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də tam bir fəlakətə çevrilib” dedi. İsrailin Qəzzaya hücumları ilə bağlı Abbas, “Netanyahu şəxsi səbəblərdən Fələstin xalqına qarşı soyqırımını davam etdirməkdə israrlıdır” dedi. Netanyahuya qarşı işlərə toxunan Abbas, “Baş nazir olmasaydı, hər bir iş onu həbsə atardı. O, cəzadan yayınmaq üçün baş nazir olaraq qalmaq istəyir” deyib.
Şayəstə Hüseynova






















Son şərhlər