Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib.
Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Dövlət başçısı kimi çoxillik fəaliyyətinizlə həm Belarus, həm də Rusiya vətəndaşları tərəfindən səmimi hörmət qazandınız. Ölkələrimiz arasında dostluq münasibətlərinin və çoxşaxəli əməkdaşlığın inkişafına, beynəlxalq arenada Moskva və Minskin ümumi qanuni maraqlarının qorunmasında şəxsi töhfənizi qiymətləndirmək çətindir.
Ən çətin məsələləri açıq və hərtərəfli müzakirə etməyə, Rusiya və Belarusun qardaş xalqlarının maraqlarına tam cavab verən balanslaşdırılmış, uzaqgörən qərarlar qəbul etməyə imkan verən yaxşı, yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm.
Biz, şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, habelə İttifaq dövləti institutlarının gücləndirilməsi və Avrasiya məkanında qarşılıqlı faydalı inteqrasiya proseslərinin təşviqi üçün konstruktiv, mənalı dialoqu və sıx birgə işi davam etdirəcəyik.
“Sizə, hörmətli Aleksandr Qriqoryeviç, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram”, – deyə Rusiya prezidenti qeyd edib.
Yeganə


















