Hindistanın Cammu və Kəşmir əyalətində güclü yağışların səbəb olduğu Ramban rayonunda daşqınlar 4 nəfərin, Reasi rayonundakı torpaq sürüşməsi nəticəsində isə 7 nəfərin ölümünə səbəb olub.
Elchi.az xəbər verir ki, Hindistanın Cammu və Kəşmir əyalətində yağan güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub. Ramban rayonunda 4 nəfər ölüb, bir nəfərin itkin düşdüyü üçün axtarışlara başlanılıb. Reasi rayonunda eyni ailənin 7 üzvü torpaq sürüşməsi nəticəsində ölüb.
Cammu ştatının Katra şəhərində qatarların hərəkəti dayandırılıb, Srinagar-Cammu Milli Magistral yolu ciddi dağıntılara görə bağlanıb. Səlahiyyətlilər bəyan ediblər ki, Kəşmirə gedən avtomobil yolunun nə vaxt açılacağı məlum deyil.
Şayəstə Hüseynova


















