ABŞ prezidenti Donald Tramp maliyyəçi və milyarder Corc Soros və oğlunu “zorakı hərəkətləri dəstəklədiklərinə” görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Elchi.az xəbər verir ki , bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, o, “bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə, ona nəfəs almaq və azad olmaq şansı verməyəcək”. Onun sözlərinə görə, Soros və onun “psixopat qrupu” ABŞ-a böyük ziyan vurub.
“George Soros və onun gözəl, radikal solçu oğlu ABŞ-da zorakı etirazlara və daha çox şeyə dəstək verdikləri üçün cavabdeh olmalıdırlar” – deyə Tramp bildirib.
ABŞ prezidenti hesab edir ki, bu məqsədlə korrupsiyaya uğramış və mütəşəkkil cinayətkarlığın təsirinə məruz qalan təşkilatlarla bağlı RICO Aktından istifadə edilməlidir. Tramp Sorosun Qərb Sahilindəki dostlarını diqqətli olmağa çağırıb, çünki Vaşinqton “izləyir”.
Nuranə Məmmədova


















