ABŞ prezidenti Trampın bu gün Ağ Evdə Qəzza ilə bağlı kritik görüş keçirəcəyi gözlənilir. İclasda humanitar yardım planı və atəşkəsdən sonrakı dövr müzakirə olunacaq.
Elchi.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Ağ Evdə Qəzza ilə bağlı geniş miqyaslı toplantının keçiriləcəyini açıqlayıb.
Witkoff bildirib ki, iclasda Qəzzaya humanitar yardım planı və münaqişədən sonrakı keçid prosesi ilə bağlı mühüm qərarlar qəbul ediləcək.
“Ümid edirik ki, ilin sonuna qədər bunu həll edəcəyik”
Witkoff həmçinin bu həftə Qəzza, İran və Ukrayna da daxil olmaqla bütün böhranlarla bağlı görüşlərin keçiriləcəyini açıqlayıb.
“Ümid edirik ki, bu münaqişələri ilin sonuna qədər həll edəcəyik.
ABŞ administrasiyası Qəzzada soyqırıma göstərdiyi sönük reaksiya və İsrailin qırğınlarını dayandırmaması üçün tez-tez tənqid olunur.
Ona görə də ekspertlər iclasdan çıxarılacaq qərarlara şübhə ilə yanaşırlar.
Şayəstə Hüseynova

















