"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Səssiz Sevginin xoşbəxt ağrıları…

23 Avqust 2025 - 13:31
in MANŞET

elcibey

FacebookVatsap

Əbülfəz Elçibəyin ruhuna sayğılarla

Bunu da oxuyun

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Çox isti içkilər xərçəng riskini artıra bilər

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

Filosof yazıçı Jan Pol Sartra görə, həyat üç mərhələdən keçir: əvvəl elə bilirsən, sən bütün dünyanı dəyişəcəksən. Görürsən, yox, əksinə dünya səni dəyişdi. Sonda başa düşürsən ki, dünyanı dəyişmək mümkün deyil.

Elə insanlar var, dünyanı dəyişmək istəyir. Ancaq dünya neynəsə də, bu insanı dəyişə bilmir. Üstəlik dünyanı dəyişməyin mümkünsüzlüyünə bu insanı inandırmaq o qədər mümkünsüzdür ki!

O da dünyanı dəyişmək istədi, ancaq dünyasını dəyişdi. Tam iyirmi beş ildir, aramızdan ayrılıb. Ancaq adının ruhsal enerjisi, qoyub getdiyi əməlləri, şəxsi və ictimai profili – özündən sonra belə şəxsiyyətinin tükənməz gücü dünyanı işıqlandırır, rəngləndirir.

Nə gizlədim, onu çox tənqid etmişəm. Aramızdakı energetik bağ bayağı tərifə yox, xeyirxah tənqidə söykənirdi. O, sağlam tənqidin yaradıcı gücünə inanan və yararlana bilən tək insan idi bəlkə də. Ya da bu ölkədə tək-tük belə insanlardan biri olub.
Öz “siyasi hicrətindən” Bakıya dönəndən sonra onunla ilk qarşılaşdığımızda belə bir qısa dialiq olmuşdu aramızda. O sualdan çox xoş qınaq tərzində soruşmuşdu: “Niyə heç yanıma gəlmədin?!” Mən isə qarşılığında: “Bəs Siz niyə getmişdiniz, Bəy?!” demişdim.

Bu da sualdan çox sual idi.

Heç nə demədi. Gülümsədi, əlini çiynimə vurub, razılıqla başını yellədi və keçib getdi.

Mən onu həmişə bu təbəssümlə xatırlayacam. Çünki o təbəssüm o gün çox şey ifadə etmişdi: o da mənə verdiyi sualın cavabını bilirdi, mən də ona verdiyim sualın cavabını bilirdim. Hər zaman deyirəm ha, elə suallar var, cavabsız da gözəldir. Bizimkilər isə, yox, gözəl suallar deyildi, ancaq cavabsız da aydındı.

O demişdi: “Bəzi sirrlər mənimlə məzara gedəcək”.
Yox, bu, məcazi deyim idi. Diqqətlə baxsaq, o, heç bir sirri özü ilə aparmayıb. Hamısını göz qabağında -hamımızın görə biləcəyi yerdə “gizlədib” gedib.

Onun “sirr” dediklərinin hamısı əslində hamının açıq-aşkar görə bildiyi və çoxdan bildiyo aydın “gizlinlər” idi.

Bilirsiniz, bəlkə xırda-para qırğınlıqlarımız, umu-küsülərimiz ola bilər. Bəlkə hansısa məqamlara görəsə özümüzü incinmiş hiss edə bilərik. Amma umduğumuz qədər küsmüşük, nə az, nə çox. İstənilən halda onu çox sevmişik; dərin və səssiz bir sevgi ilə. Ən azı mən belə sevmişəm. Sevərək ummuşam, umaraq “küsmüşəm”. Təbii ki, şəxsi deyil, ictimai planda.

Həmişə belə düşünmüşəm və indi də o fikirdəyəm: o, etdiklərindən və çatdırıb edə bilmədiklərindən daha çoxuna qadir idi. Bəlkə siyasi burulğanlar, ictimai qasırğalar fürsət vermədi. Bir də canının ağrıları və Əcəl. Ancaq o, mənə həmişə göründüyüdən də böyük görünüb. Böyük adamların uğurları da, qüsurları da böyük görünür həmişə.

Dedim axı: bayağı, ifrat tərifi də sevməzdi, elə haqsız, qərəzli təbqidi də. O istəmişdi ki, onu olduğu kimi görə bilək və o cür də sevək, ya sevməyək.

Onun şəxsiyyət profili hamı kimi deyildi ki, biz də onu hamı kimi sevək. Olduğu kimi görünən bir kəsi olduğu kimi də sevəcəksən, elə deyilmi?! Bu, quru, candərdi siyasi rəğbətdən, göstəriş xətrinə göstərilən ictimai hörmətdən çox yuxarıda bir duyğudur. Sevginin də canı var axı. Rəngi-ruhu var. Ağrıyan yeri də var, əlbət.

Sevdiyimiz insanı bəzən köksümüzə elə sıxırıq, o, bundan xoş ağrı hiss edir. Bəyin sevgisindən də ağrıdığımız məqamlar, göynəyən nöqtələrimiz olub. İllah da iyirmi beş il əvvəl ona ehtiyacımız olduğu bir zamanda çıxıb bu dünyadan getməsi bizi ayrı cür göynədir. Lap iliyimizə işləyən bir göynərtidir bu; yaşamayan bilməz. Bu ağrı ilə də ayrıca xoşbəxtik; nə yaxşı ki həyatımızdan keçdi bu İnsan!

Həyatımızdan keçdi. Ancaq nə yaxşı ki keçib getmədi…

Bahəddin Həzi

22.08.2025

Previous Post

Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi

Next Post

Bazar günü 38 dərəcə isti olacaq

Bənzər yazılar

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51

Azərbaycanın yeni səfiri Rəşad Aslanov sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Elchi.az  xəbər verir ki, Türkiyə...

Next Post

Bazar günü 38 dərəcə isti olacaq

Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

09 Sentyabr 2026 - 15:30
Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

09 Sentyabr 2026 - 15:16
İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

09 Sentyabr 2026 - 15:00
Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

09 Sentyabr 2026 - 14:45
Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

09 Sentyabr 2026 - 14:30
Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

09 Sentyabr 2026 - 14:14
“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

09 Sentyabr 2026 - 13:51
Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

09 Sentyabr 2026 - 13:42
Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

09 Sentyabr 2026 - 13:30
Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18
Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

09 Sentyabr 2026 - 13:09
Rubio: “İran ABŞ-a qarşı hər hücuma görə neft tankerlərini itirəcək”

Rubio: “İran ABŞ-a qarşı hər hücuma görə neft tankerlərini itirəcək”

09 Sentyabr 2026 - 13:00
Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

09 Sentyabr 2026 - 12:52
Azərbaycanın xarici borcu 4.5 milyarddan ÇOXDUR

Azərbaycanın xarici borcu 4.5 milyarddan ÇOXDUR

09 Sentyabr 2026 - 12:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.