"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Bu gün Elçibəyin nə qədər haqlı olduğunu görürlər” – Qüdrət Həsənquliyev

22 Avqust 2025 - 12:15
in MANŞET

qudret bey

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

ƏHD Partiyasının təbrik bəyanatı

-Qüdrət bəy, Əbülfəz Elçibəyin dünyasının dəyişməsindən 25 il vaxt keçir, bu gündən baxanda Elçibəyi necə xatırlayırsınız?

-Allah rəhmət eləsin! Elçibəy Milli Azadlıq Hərəkatının lideri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Zamanında Elçibəyi qonşu dövlətlərlə düzgün siyasi münasibətlər qura bilməməkdə qınayırdılar, o sadəcə qonşularla qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlər istəyirdi, bu gün onun nə qədər haqlı olduğunu görürlər. Bəzi xarici dövlətlərin nüfuz agentləri onu pantürkist olmaqda ittiham edirdi. Bu gün Türkiyə, türk dövlətləri əsas güvənc yerimiz, müttəfiqlərimiz, dayağımızdır. Prezident Elçibəyi xarici dövlətlərin təşkil etdiyi hərbi qiyamla devirdilər. O, müasir dövlət quruculuğu istiqamətində bir çox ideyalarını gerçəkləşdirə bilmədi. Amma tərəfdarlarına müraciətində deyirdi ki, bəzi məsələlərin həlli zamana bağlıdır. Yəni, geosiyasi reallıqlar və xalqın inkişaf səviyyəsi, siyasi yetkinliyi, dəyişiklikləri labüd etməlidir. Təəssüf ki, Elçibəy Qarabağın azad olunmasını görmədi. Onun türk dövlətləri ilə sıx inteqrasiya, azad bazar iqtisadiyyatı, hüquqi, demokratik dövlət quruculuğu istiqamətindəki ideyaları da tam miqyasda zamanla gerçəkliyə çevriləcək.

-Qüdrət bəy, Prezident Kəlbəcərdə müharibəyə hazır olmalıyıq dedi. Bu barədə nə deyərdiniz?

-Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Müraciət erməni revanşistlərinə və onların havadarlarına ünvanlanıb. Onlara xatırlatma edildi ki, təxribatlara əl atsanız, növbəti dəfə peşman olacaqsınız.

-Ermənistanla sülhə və kommunikasiya xətlərinin açılmasına yaxınlaşmağımız bəzi xarici dövlətlərin ölkəmizdə təxribatlar törətməsinə yol aça bilərmi?

-Belə təxribatlardan heç kim 100 faiz sığortalana bilməz. Amma dəfələrlə demişəm, Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) belə təxribatların qarşısını almağa və təxribatçıları layiqincə cəzalandırmağa hazırdır. Xalqımız da ayıq-sayıq olmalı, sosial-iqtisadi çətinliklər birliyimizi pozmamalıdır. Azərbaycanda sabitliyi pozmaq heç kimə nəsib olmayacaq. Sadəcə bizə lazımdır ki, neftdən asılı olmayan, güclü rəqabətin olduğu bazar iqtisadiyyatı quraq. Bunun üçün isə mülkiyyət toxunulmazlığını təmin edəcək güclü məhkəmə hakimiyyəti lazımdır. İqtisad məhkəməsinin adını dəyişib kommersiya məhkəməsi qoymaq, məhkəmə islahatı deyil. Biznes subyektləri ilə əlaqədar bütün mübahisələrə, tərəflərin kim olmasından asılı olmayaraq, kommersiya məhkəmələrində baxılmalıdır. Hakimlərin yüksək maddi təminatı və toxunulmazlığı təmin olunmalıdır. Hakimləri, deputatları intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən azad etmək olmaz. Konstitusiyada nəzərdə tutulan, dövlət idarəetməsində hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir. Onlar yalnız cinayət törətdikdə vəzifəsindən kənarlaşdırıla bilər və bu prosesdə Prezident və Milli Məclis iştirak etməlidir. Milli Məclisin qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Əgər bunları edəriksə, azərbaycanlılar iş arxasınca başqa ölkələrə üz tutmayacaq, qonşu ölkələrdən bizə işçi qüvvəsi axacaq, maaşlar, pensiyalar, müavinətlər artacaq, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, bu zaman büdcə gəlirləri artacaq və buna paralel müdafiə və təhlükəsizlik xərcləri də artacaq,ölkədə vətəndaş məmnunluğu olcaq. İnsanlar bir-birinin hüquqlarını pozmaqla yaxşı yaşamağa can atmayacaqlar.

-Yaxın vaxtlarda Zelenski ilə Putin arasında danışıqların baş tutacağına inanırsınızmı?

-Putin inanır ki, sülh olmasa, o daha çox torpaq işğal edə, Ukraynanı Rusiyadan asılı dövlətə çevirə bilər. Amma Rusiyanın da müharibə aparmaq üçün resusları tükənməz deyil. Putin Trampa çox güvənir. Tramp Hindistanla Çini həm bir-birinə, həm Rusiyaya çox yaxınlaşdırdı, ölkəsinin Ukraynaya hərbi yardımına, ABŞ-nin Rusiyaya sanksiya tətbiq etməsinə bacardıqca mane olur. Rusiya onun NATO-nu və ABŞ-ni dağıtmaq üçün bacardığı hər şeyi edəcəyinə inanır, eynən Qorbaçovun SSRİ-ni və Varşava müqaviləsi təşkilatını dağıtdığı kimi. Bu yaxınlarda bununla bağlı “Gazeta.ru” internet portalında bir yazı oxudum. Kreml bunu gözləyir. Amma SSRİ-dən fərqli olaraq ABŞ-də nə mütləqiyyət mövcud deyil, nə də Trampın imkanları sonsuz. Makiavellinin belə bir sözü var: “Danışıqlar aparmaq lazım gələndə qılıncını endirməyənlər sonda məğlub olur”. Rusiya Ukrayna ilə danışıqlar aparmalıdır. Təəssüf ki, Rusiya Ukrayna üçün qəbul edilməsi çətin olan şərtlər irəli sürməklə bundan yayınır.

Yeganə

Previous Post

Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib – FOTO

Next Post

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Bənzər yazılar

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Tramp: “Rusiya da mülki əhalisini itirir”

Tramp: “Rusiya da mülki əhalisini itirir”

06 Noyabr 2026 - 11:37

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı Rusiya və Ukrayna arasındakı münaqişədə mülki əhalinin həlak olması məsələsinə toxunub....

Next Post

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

06 Noyabr 2026 - 17:59
Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

06 Noyabr 2026 - 17:45
10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

06 Noyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.