"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

İrəvan gimnaziyası – təhsil tariximizin bir parçası

25 İyul 2025 - 12:04
in SOSİAL

İrəvan gimnaziyası

FacebookVatsap

1881-ci ildə azərbaycanlıların əski mədəni mərkəzlərindən biri olan İrəvan şəhərində İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, böyük Mirzə Cəlilin vaxtilə dərs dediyi Uluxanlı məktəbinin əsası da həmin ildə qoyulmuşdur.
“Kavkazskiy kalendar” məcmuəsinin əksər nömrələrində vurğulanır ki, İrəvan gimnaziyası 1881-ci ildə yaradılmışdır. Ancaq tanınmış maarif xadimi Nurəddin İbrahimov 1970-ci ildə “Azərbaycan məktəbi” jurnalının 8-ci nömrəsində dərc etdirdiyi məqalədə İrəvan gimnaziyasının yaranmasının xeyli əvvəl olduğunu göstərir. Həmin məqalədə oxuyuruq: “İrəvan gimnaziyasında dərs demiş azərbaycanlı müəllimlərdən Molla Tağı Mahmud oğlu (1836-cı ildən 1856-cı ilədək), Mirzə Molla Ələkbər Elxanov (1856-cı ildən 1885-ci ilədək), Firudin bəy Köçərli (1885-ci ildən 1895-ci ilədək) və başqalarının adına rast gəlirik.”

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Doğrudanmı İrəvanda 1836-cı ildə gimnaziya mövcud idi? Yaxud, həqiqətənmi Mirzə Ələkbər Elxanov 1856-cı ildən 1885-ci ilə kimi İrəvan gimnaziyasında müəllim kimi fəaliyyət göstərmişdir?

Əsl maarif fədaisi olmuş Nurəddin İbrahimovun bu faktı haradan götürməsi ciddi maraq doğurur. Görkəmli tədqiqatçı, akademik Hüseyn Əhmədovun “Azərbaycan məktəbi” jurnalının 1974-cü il 2-ci nömrəsində N. İbrahimovun fikri müəyyən dərəcədə təkzib edilir. Bu məqalədə göstərilir ki, 1828-ci ildə Uluxanlıda anadan olan M. Ə. Elxanov İrəvan şəhərində baş məscid nəzdindəki ruhani məktəbini bitirib. Sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını almışdır. O, imtahan yolu ilə rəsmi müəllimlik hüququ olan ilk azərbaycanlılardandır.
M. Ə. Elxanov 1856-cı ildən ömrünün sonunadək — 1885-ci ilə kimi (30 ilə qədər) İrəvandakı dövlət məktəbində (əvvəlcə qəza məktəbində, sonra prigimnaziya və gimnaziyada) Azərbaycan dilində dərs demişdir.
Bizcə, bu fikir həqiqətə daha uyğundur. Əvvəlcə qəza məktəbi yaranmış, sonra prigimnaziya, daha sonra gimnaziya yaradılmışdır. Molla Tağı Mahmud və Mirzə Ələkbər Elxanov da ilk müəllimlik fəaliyyətlərinə məhz qəza məktəbində başlamışlar. Burada ikinci bir məsələyə də diqqət yetirmək lazım gəlir. N. İbrahimov göstərir ki, Molla Mahmud Tağı, Mirzə Ələkbər Elxanovdan sonra Firudin bəy Köçərlinin (1885–1895) adına rast gəlinir. Bu bir tarixi həqiqətdir ki, Firudin bəy Köçərlinin işlədiyi gimnaziya təqdim olunarkən, həmin tədris ocağının yaranma tarixi də həmin qaynaqlarda qeyd olunur. Bu tarix 1881-ci ildir.

“Kavkazskiy kalendar” məcmuəsinin 1892-ci il 223-cü səhifəsində göstərilir ki, Firudin bəy Köçərli İrəvan gimnaziyasında Azərbaycan bölməsinin müdiri, eyni zamanda Azərbaycan dili müəllimi işləmişdir.

“Kavkazskiy kalendar”-ın 1894-cü il məcmuəsində Firudin bəy Köçərlinin fəaliyyəti bir az da geniş şəkildə təqdim olunur. Belə ki, bu böyük maarif xadimi gimnaziyada həm müsəlman şöbəsinin müdiri, həm də Azərbaycan dili müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri olduğu göstərilir (səh. 247–248).

“Kavkazskiy kalendar”-ın 1895-ci il nəşrində Firudin bəy Köçərlinin vəzifələrinin eynilə saxlandığı qeyd olunur: həm gimnaziyada müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri. Bu, Firudin bəy Köçərlinin İrəvanda işlədiyi sonuncu il olur. İstər bu illərdə, istərsə də sonrakı illərdə məcmuənin işıq üzü görmüş nömrələrində təkcə İrəvan gimnaziyası deyil, eləcə də İrəvan Müəllimlər Seminariyası və Uluxanlı məktəbindən, onların fəaliyyətindən söhbət açılarkən, onların yaranması xüsusilə vurğulanır.
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dolğun keçdiyini təsdiq edir: “1885-ci ilin iyun ayında Köçərli İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur. Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o, demək olar ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “titulyar sovetnik”, “ştatski sovetnik” kimi rütbələr verilir.
İrəvan gimnaziyasında çalışdığı illərdə F. Köçərli maarif məsələlərinə dair məqalələr yazır, Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, “Təlimati-Sokrat” (1891) adlı fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata ciddi maraq göstərir, bədii tərcümə ilə məşğul olub. Puşkindən, Lermontovdan, Tolstoydan, Koltsovdan tərcümələr edir, tənqidi məqalələr yazır.

“Vətən dili” dərsliyinin müəllifi A. O. Çernyayevski 1894-cü ildə F. Köçərliyə göndərdiyi bir məktubunda yazırdı: “Bənövşə”, “Çiçək” və “Dilənçi” adlı tərcümələriniz mənim kitabımın zinəti mənziləsində olacaqdır. Nəzmi yüngül, musiqili və ahənglidir, qafiyələri də öz yerindədir” (“Azərbaycan Ədəbiyyatı Tarixi”. Bakı, 1960, s. 485).

F. Köçərli İrəvan ədəbi mühiti ilə bağlı çox tutarlı məqalələr yazmış və İrəvanda teatrın inkişafında da öz xidmətlərini göstərmişdir. F. Köçərli İrəvan gimnaziyasında 10 illik fəaliyyətindən sonra 1895-ci ilin oktyabr ayında Qori seminariyası adı ilə tanınmış Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilir.

Sual oluna bilər: Bəs F. Köçərlidən sonra İrəvan gimnaziyasında onun fəaliyyətini kim davam etdirir?

Qaynaqların 1895-ci ildən sonrakı məlumatlarında bu sualın cavabı aydınlaşır. “Kavkazskiy kalendar” məcmuəsinin 1897, 1898, 1899, 1901, 1903, 1904 və 1905-ci il nömrələrində İrəvan gimnaziyasında İsmayıl bəy Şəfibəyov həm müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili müəllimi, həm də gimnaziyanın nəzdində pansionun müdir müavini kimi fəaliyyət göstərir. Ancaq həmin məcmuənin 1906-cı il nəşrində Mirzə Məmməd Şeyxzadə İrəvan gimnaziyasında müsəlman şöbəsinin müdiri, İsmayıl Məmmədbəy oğlu Şəfibəyov isə həm Azərbaycan dili müəllimi, həm də pansionun müdir müavini kimi qeyd olunur.
“Kavkazskiy kalendar” məcmuəsinin 1907, 1909, 1911, 1912, 1913, 1914, 1915, 1916 və 1917-ci il tarixli nömrələrinin hamısında Şeyx Abu Səttar Kazımovun İrəvan gimnaziyasında müsəlman şöbəsinin müdiri, İsmayıl bəy Məmmədbəy oğlu Şəfibəyovun isə bu təhsil ocağında həm Azərbaycan dili müəllimi, həm də gimnaziya nəzdindəki pansionda müavin vəzifəsində çalışdığı bəlli olur.
1918-ci il avqustun 6-da İrəvanda erməni daşnaklarının törətdiyi fəlakətlər nəticəsində həm İrəvan gimnaziyası, həm də İrəvan Müəllimlər Seminariyası bağlanaraq, fəaliyyətini dayandırır.
(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)
Azad Nurulu
“Cebheinfo.az”

 

Previous Post

Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib

Next Post

EBRD Azərbaycana ümumi ödəniş və zəmanətləri 324 mln. avro artırıb

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

EBRD Azərbaycana ümumi ödəniş və zəmanətləri 324 mln. avro artırıb

Zelenski Putinlə görüş məsələsində irəliləyişdən danışıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.