Dünya ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşünə köklənib.
Elchi.az xəbər verir ki, ABŞ görüş günü Putin-Tramp görüşünün keçirildiyi Alyaskanın Ankoric şəhərinin hava məkanını bağlayacağını açıqlayıb.
Üz-üzə təmasdan əvvəl də ehtiyat tədbirləri görülməyə başlanıb.
ABŞ aviasiya rəsmiləri Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskanın Ankoric şəhərində keçirilməsi planlaşdırılan görüşdən əvvəl bölgənin hava məkanını müvəqqəti bağlayacaqlarını açıqlayıb.
Nuranə Məmmədova


















