Hindistan ABŞ prezidenti Donald Trampın əsas tələbi olan F-35 qırıcıları və digər hərbi texnikanı ABŞ-dan almaqdan imtina edib.
Elchi.az bildirir ki,bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.
Məqalədə deyilir: “Hindistanın Baş naziri Narendra Modinin hökuməti Amerika mallarının alışını artırmağı nəzərdən keçirsə də, Trampın əsas tələbi olan ABŞ-dan əlavə müdafiə avadanlığı alması ehtimalı azdır”.
Agentlik yazır ki, Amerika lideri Modiyə Hindistanın baş nazirinin Ağ Evə səfəri zamanı qırıcı təyyarələr almağı təklif edib, lakin Yeni Dehli daha çox ölkə daxilində müdafiə avadanlığının birgə inkişafı və istehsalı ilə maraqlanır.
Tramp daha əvvəl Hindistan və Rusiya arasında ticarət və iqtisadi əlaqələrə əhəmiyyət vermədiyini demişdi. “Hindistanın Rusiyaya nə edəcəyi mənə maraqlı deyil. Onlar birlikdə ölü iqtisadiyyatlarını məhv edə bilərlər, mənə vecimə deyil”, – o deyib.
Yeganə


















