"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Orta Dəhliz qlobal risklər fonunda Çin, Aİ və ABŞ üçün prioritetə çevrilir

25 İyul 2025 - 15:15
in DÜNYA

Orta Dəhliz qlobal risklər fonunda Çin, Aİ və ABŞ üçün prioritetə çevrilir

FacebookVatsap

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu,TBNM) Azərbaycanın Avrasiya logistikasında əsas həlqə kimi əhəmiyyətini bir daha ön plana çıxarır.

Bu barədə Elchi.az Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabatına istinadən xəbər verir.

Bunu da oxuyun

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

Müdafiə naziri tənqidləri rədd etdi: “Qəzzada təhlükəsizlik zonası yaradılıb”

Sənəddə qeyd olunur ki, Azərbaycanın bu marşrutdakı rolu müasir nəqliyyat infrastrukturuna, Xəzər dənizi sahilində yerləşən dəniz limanlarına və eyni zamanda Orta Dəhlizin əsas iştirakçılarından olan Türkiyə və Gürcüstanla dayanıqlı əlaqələrə əsaslanır.

Hesabat müəllifləri Azərbaycan-Türkiyə tandeminə xüsusi diqqət yetirirlər. Qeyd olunur ki, bu iki ölkə geosiyasi və geoiqtisadi layihələrdə hər zaman koordinasiyalı şəkildə çıxış edir. Bu əməkdaşlıq, Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar fonunda Qərbin, xüsusilə Avropa İttifaqının və ABŞ-ın, Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək cəhdlərini dəstəkləyən amil kimi qiymətləndirilir.

Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bəri beynəlxalq nəqliyyat habına çevrilmək məqsədilə ardıcıl şəkildə nəqliyyat infrastrukturunun inkişafına yönəlik siyasət apardığı vurğulanır. Bu kontekstdə həm Orta Dəhliz, həm də “Şimal-Cənub” marşrutu ölkə üçün strateji əhəmiyyət daşıyır.

“Azərbaycan TBNM-ə təkcə infrastrukturun inkişaf vasitəsi kimi deyil, həm də “gələcəyin iqtisadiyyatı”nın bir parçası, eyni zamanda yerli məhsulların ixracı üçün mühüm kanal kimi baxır. Bu baxımdan, 2024-cü ilin noyabrında Bakı-Sian dəmir yolu marşrutu ilə yüklərin göndərilməsi mühüm nümunədir”, – deyə hesabatda qeyd olunur.

Sənəddə vurğulanır ki, Orta Dəhliz Qazaxıstan üçün də geosiyasi alət kimi çıxış edir. TBNM bu ölkənin qlobal təchizat zəncirlərinə inteqrasiyasına, Avropa İttifaqı və Türkiyə ilə əlaqələrin gücləndirilməsinə, eyni zamanda “Bir kəmər, bir yol” təşəbbüsündəki rolunun artmasına kömək edir. Marşrutun genişlənməsi Astanaya öz xarici iqtisadi əlaqələrini şaxələndirməyə və türk dünyası, Avropa, eləcə də Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə imkan verir.

“Orta Dəhliz çərçivəsində infrastrukturun modernləşdirilməsi regiondaxili əlaqələrin inkişafına və Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarının yaxşılaşdırılmasına mühüm töhfə verir”, – müəlliflər bildirirlər.

Hesabatda əlavə olaraq qeyd olunur ki, həm ABŞ, həm də Avropa İttifaqı Orta Dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ olaraq nəzərdən keçirir və bu marşrutun inkişafını strateji prioritet kimi dəyərləndirir. Çin isə Ukrayna münaqişəsi fonunda TBNM-ə geosiyasi riskləri azaldan, daha sabit və dayanıqlı tranzit marşrutu kimi maraq göstərir.

“Qlobal qeyri-müəyyənliklər şəraitində Orta Dəhliz həm Pekin üçün “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, həm də Moskva üçün daha təhlükəsiz və səmərəli marşrutdur. Çin və Rusiya arasındakı tərəfdaşlıq Avrasiya nəqliyyat arxitekturasının modernləşdirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsinə xidmət edə bilər”, – sənəddə deyilir.

Hesabatda Tacikistanın maraqları da xüsusi qeyd olunur. Düşənbə Orta Dəhlizi qiymətli metallar, tekstil və tikinti materiallarının ixracı yolu ilə Avropa bazarlarına çıxış imkanı kimi görür. Müəlliflər bildirirlər ki, Tacikistan bu marşrut ətrafında artan fəallıq fonunda Bakı ilə əməkdaşlıq səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

 
 
Previous Post

SABAH proqramına növbəti mərhələdə doktorantların da qoşulması nəzərdə tutulur

Next Post

Binəqədidə Qərbi Azərbaycan irsi ilə bağlı kitabın I cildinin təqdimatıl oldu – Fotolar

Bənzər yazılar

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58

Konqo Demokratik Respublikasının İturi əyalətinin ən çox zərər çəkmiş rayonlarında Ebola virusunun yayılması yavaşlasa da, epidemiyanın başa çatmasına hələ çox...

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

16 Sentyabr 2026 - 20:25

Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb. Elchi.az  "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə sentyabrın...

Müdafiə naziri tənqidləri rədd etdi: “Qəzzada təhlükəsizlik zonası yaradılıb”

Müdafiə naziri tənqidləri rədd etdi: “Qəzzada təhlükəsizlik zonası yaradılıb”

16 Sentyabr 2026 - 19:00

İsrailin müdafiə naziri İsrael Katz Rəfahda HƏMAS briqada komandirinin ləğvindən sonra hökumətin və ordunun fəaliyyətini tənqid edən keçmiş general Ofer...

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

16 Sentyabr 2026 - 18:36

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post

Binəqədidə Qərbi Azərbaycan irsi ilə bağlı kitabın I cildinin təqdimatıl oldu - Fotolar

Ərdoğan: Bu həftə Tramp və Putinlə görüşə bilərəm

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.