"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Binəqədidə Qərbi Azərbaycan irsi ilə bağlı kitabın I cildinin təqdimatıl oldu – Fotolar

25 İyul 2025 - 15:23
in CƏMİYYƏT

kk

FacebookVatsap

Ötən gün Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və  beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Elchi.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak edib. 

Həmçinin millət vəkili Kəmaləddin Qafarov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin ofisinin açılışında olublar.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər. Həmçinin Qərbi Azərbaycan irsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.  

Tədbirdə Ulu Öndərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalinin məhvinə çalışıblar.

Ulu Öndər Qərbi Azərbaycan əhalisinin haqqında fikirlərini səsləndirib, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirib. Onun nitqlərində və çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapıb: “Ümummilli Liderimiz “mən buna inanıram, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar” söyləyirdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana  qayıdacağı günün yaxında olduğuna əmin edib. Xalqımız əmindir ki, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaq”.

Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili  Əziz Ələkbərli çıxışında qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.

Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilib. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və şanlı zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub.

 



Previous Post

Orta Dəhliz qlobal risklər fonunda Çin, Aİ və ABŞ üçün prioritetə çevrilir

Next Post

Ərdoğan: Bu həftə Tramp və Putinlə görüşə bilərəm

Bənzər yazılar

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22

Oktyabrın 14-də inzibati rəhbər vəzifələr üzrə AB və AC, inzibati icraçı vəzifələr üzrə isə BA və BB vəzifə qruplarına aid...

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

14 Oktyabr 2026 - 16:07

Avqustun 17-də elan edilmiş dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib. Müsabiqə çərçivəsində 154 dövlət orqanında mövcud olan...

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

14 Oktyabr 2026 - 15:52

Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya...

Kənd yumurtası alanlara pis xəbər

Kənd yumurtası alanlara pis xəbər

14 Oktyabr 2026 - 15:43

Kənd yumurtasının qiyməti son 1 ayda 20-30 qəpikdən 40-50 qəpiyə qədər artıb. Bəs bahalaşmaya səbəb nədir? Elchi.az xəbər verir ki,...

Next Post

Ərdoğan: Bu həftə Tramp və Putinlə görüşə bilərəm

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

14 Oktyabr 2026 - 19:13
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.