Çində dövlət aktivlərinin idarə edilməsi şirkətinin keçmiş meneceri “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə mühakimə olunduğu iş üzrə ölüm cəzasına məhkum edilib.
Elchi.az xəbər verir ki, Çində dövlət idarəetmə şirkətinin keçmiş direktoru ona qarşı irəli sürülən ittihamlara görə edam cəzasına məhkum edilib.
Çində dövlət aktivlərinin idarə edilməsi şirkəti olan China Huarong International Holdings (CHIH) şirkətinin keçmiş baş direktoru Bai Tienhui “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə mühakimə olunduğu iş üzrə ölüm cəzasına məhkum edilib.
Tianjin şəhərində keçirilən işdə məhkəmə Bayın şirkətdəki rəhbər vəzifəsindən sui-istifadə edərək 1,1 milyard yuan (təxminən 151 milyon dollar) rüşvət aldığına qərar verib.
Məhkəmə keçmiş müdiri “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə ölüm cəzasına məhkum edib.
Ölüm hökmünün əsaslandırılmasında Bayın “qanunsuz yolla əldə etdiyi məbləğin ölçüsü, cinayətin cəmiyyətə təsiri, dövlətin və xalqın mənafeyinə vurduğu zərərin nəzərə alındığı” qeyd edilib.
Bai Çin Huronqun korrupsiyaya görə edam cəzasına məhkum edilmiş ikinci hökmdarı idi. Şirkətin Direktorlar Şurasının sədri Lai Xiamin 1,79 milyard yuan (təxminən 247 milyon dollar) rüşvət almaq və 25,13 milyon yuan (təxminən 3,46 milyon dollar) dəyərində əmlakı mənimsəməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilib və hökm bir ay sonra icra olundu.
Şirkətin daha 4 keçmiş rəhbərinin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Asiya böhranından sonra Çin tərəfindən qurulan 4 böyük ictimai aktivlərin idarə edilməsi şirkətindən biri olan China Huarong 2021-ci ildə Citic Group-a qoşuldu və adı dəyişdirilərək China Citic Financial Asset Management Company adlandırıldı.
Şayəstə Hüseynova