Hindistanın Telanqana əyalətində kimya fabrikində baş verən partlayış və ardınca baş verən yanğın 10 nəfərin həyatına son qoyub.
Elchi.az xəbər verir ki, Press Trust of India (PTI) agentliyinin məlumatına görə, ştatın Paşamılaram rayonunda kimya fabrikinin reaktorunda partlayış baş verib.
Partlayışın törətdiyi yanğından sonra hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları sövq edilib.
İlkin məlumata görə, Sigachi Industries fabrikində baş verən insident nəticəsində 10 nəfər ölüb, ən azı 12 işçi yaralanıb.
“Telangana Today” qəzetinin məlumatına görə, partlayış nəticəsində çoxlu işçinin fabrikdə sıxışmış ola biləcəyi təxmin edilir.
Şayəstə Hüseynova


















