Əfqanıstanın Maydan Vardak və Loqar əyalətlərinə təsir edən şiddətli yağış və daşqınlar nəticəsində 4 nəfərin həyatını itirdiyi, 4 nəfərin yaralandığı, yüzlərlə insanın didərgin düşdüyü bildirilib.
Elchi.az xəbər verir ki, Tolo News-un məlumatına görə, güclü yağış və daşqınlar paytaxt Kabil yaxınlığındakı Maydan Vardak və Loqar əyalətlərinə təsir edir.
Səlahiyyətlilər bu əyalətlərdə güclü yağış və selin 3-ü uşaq olmaqla 4 nəfərin ölümünə səbəb olduğunu və 4 nəfərin də yaralandığını açıqlayıb.
Səlahiyyətlilər daşqınlar nəticəsində təxminən 270 evin dağıldığını, yüzlərlə insanın evlərini tərk etdiyini bildiriblər.
Daşqınlarda bağlı olan yolların açıldığını qeyd edən səlahiyyətlilər, təbii fəlakətdən zərər çəkənlərə ərzaq və çadır yardımlarının paylanmağa başladığını bildiriblər.
Şayəstə Hüseynova


















