Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarından sonra Tehran administrasiyasının zənginləşdirilmiş uran ehtiyatının yerini müəyyən etmək mümkün olmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Qrossi Fox News telekanalına müsahibəsində deyib ki, İran rəsmiləri zənginləşdirilmiş uran anbarını ABŞ-ın hücumlarından əvvəl “mühafizə tədbirləri” çərçivəsində başqa yerə köçürüb.
İranın zənginləşdirilmiş uran ehtiyatını İsfahan yaxınlığındakı köhnə bir struktura təhvil verməsi ilə bağlı müxbirin sualını cavablandıran Qrossi, “Biz MAQATE-yik, burada spekulyasiya etmirik. Bu materialın harada olduğu barədə heç bir məlumatımız yoxdur” deyib.
Şayəstə Hüseynova


















