İsrailin baş naziri Benyamin Netanyahunun Nazirlər Kabinetinin iclasından sonra nazirlərinə “İran və son hadisələr haqqında danışmamaq göstərişi” verdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, İsrail mətbuatı kabinet iclasının başa çatdığını və Netanyahunun nazirlərə İran və son hadisələr haqqında danışmamağı tapşırdığını iddia edib.
Bildirilib ki, siyasi kabinet iclasından sonra Netanyahu və təhlükəsizlik kabinetində olan nazirlər kabinetin ixtisar olunmuş iclasına keçiblər.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda İsrail və İran arasında “tam və tam atəşkəs” əldə olunduğunu və bununla da müharibənin sona çatdığını elan edib.
Şayəstə Hüseynova


















