"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İran-İsrail savaşında həlledici gün – Uzağı, sabah…

23 İyun 2025 - 14:19
in DÜNYA

Niyameddin

FacebookVatsap

ABŞ-ın müharibəyə qoşulması an məsələsidir; Tramp Fordo uran zənginləşdirmə obyektinə zərbə əmri verəcəkmi – təhlil
“ABŞ yaxın günlərdə İrana hücum etməyə hazırlaşır”. Bu barədə “Blumberq” məlumat yayıb. “ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün hücuma hazırlaşır və Vaşinqton Tehranla birbaşa münaqişəyə girmək üçün infrastrukturları təmin edir”, – məlumatda qeyd olunub. Adının açıqlanmasını istəməyən mənbələr planın hələ başlanğıc mərhələsində olduğunu və dəyişə biləcəyini, lakin çox güman ABŞ-ın bu həftənin şənbə və bazar günləri hücum həyata keçirəcəyini bildiriblər.

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

“ABŞ İsrailin tərəfinə keçib İrana hərbi müdaxilə edərsə, ciddi və bərpaolunmaz zərərlə üzləşəcək”. Bu sözləri İranın ali lideri Ayətullah Əli Xamenei bəyan edib. O bildirib ki, İran xalqı təslim olmayacaq və Vaşinqton ölkəni hədələmə dili ilə danışmamalıdır.

İranın nüvə proqramı ilə bağlı sazişdə uran zənginləşdirilməməsi ilə bağlı müddəa əksini tapmalıdır. “Teleqraf” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu qənaətdədir. Livitt həmçinin Trampın İrana nüvə silahına sahib olmağa icazə verilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

“The Washington Post” isə yazıb ki, ABŞ İrana zərbə endirərsə, Yaxın Şərqdə ABŞ-ın bir sıra hərbi obyektləri hücuma məruz qala bilər. Bölgədə İraq, Suriya, İordaniya, Bəhreyn, Küveyt, BƏƏ-dəki bazalar və ABŞ-ın regiondakı ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeyd hava bazası da daxil olmaqla on minlərlə ABŞ əsgəri yerləşir. Məlumata görə, Dohadan 20 mil cənub-qərbdə yerləşən Əl-Udeyd hava bazası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) irəli komanda məntəqəsi kimi xidmət göstərir. Bazada 10 mindən çox əsgər yerləşir.

İran rəsmiləri bu həftə Qətərə xəbərdarlıq edib ki, ABŞ İrana hücum edərsə, Fars körfəzindəki ABŞ bazaları qanuni hədəf ola bilər.

“Donald Tramp İranın sürətlə nüvə silahına sahib olmasının qarşısını almaq üçün Fordo uran zənginləşdirmə obyektinə zərbə endirməyə meyllidir”. Bu barədə isə CBS-in hesabatında deyilir. Bu arada ABŞ-da keçirilən rəy sorğusuna görə, vətəndaşların 60%-i Amerikanın İsrail və İran arasındakı münaqişəyə qoşulmasının əleyhinədir. Yalnız 16% İsrail tərəfində hərbi müdaxiləni dəstəkləyir. Respondentlərin yarıdan çoxu – 56 faiz hesab edir ki, Vaşinqtonun Tehranla danışıqlar masasına oturmağının vaxtı çatıb.

Tramp hökuməti ictimai rəyi nəzərə alacaqmı?

“Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq”. Bunu isə İsrail Baş naziri Benyamin Netanyahu bildirib. O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”.

İsrail hökumətinin başçısı İranın ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” sözləri ilə aydınlıq gətirib.

O, ABŞ-ın İsrail-İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin Prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq”.

İsrail ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı həyata keçiriləcək hücumlara qoşulacağına ümid edir. Bu barədə “Times of Israel” məlumat yayıb. “Biz onların qoşulacağını gözləyirik, lakin bu məsələdə onlara təzyiq göstərilmir. Onlar bu qərarı özləri verməlidirlər.

Onu da diqqətə çatdıraq ki, iyunun 20-də İran Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların əsas şərtini açıqlayıb.

“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”. Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında deyib.

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”da qeyd etdi ki, İsrail-İran savaşı hazırda ən gərgin saatlarını yaşayır: “Tramp da ölkəsinin savaşa qoşulmaq niyyətini gizlətmir. Amma ABŞ-ın savaşa qoşulması vəziyyəti dəyişə bilər. Birincisi, ABŞ cəmiyyəti Amerikanın İranla savaşa qoşulmasının əleyhinədir. İkincisi, Tramp administrasiyası da bu məsələdə iki hissəyə bölünüb. Hərbçilər və iqtisadçılar arasında fikir ayrılığı mövcuddur. Biznesmenlərdən ibarət beyin mərkəzləri İranla savaşdan ABŞ-ın qazanclı çıxacağını düşünürlər. Amma hərbçilər Çin və Rusiyanın təpkilərindən ehtiyatlanırlar”.

Onun fikrincə, 2001-ci ildə İraqa müdaxiləyə də xalq razı deyildi: “Amma Corc Buş istədiyini reallaşdırdı və İraqa ”cəhənnəm aparmağa” nail oldu. Əgər administrasiya İrana müdaxilə ilə bağlı yekun qərarını verərsə, bu zaman ABŞ rəhbərliyi xalqın fikri nəzərə alınmadan savaşa qoşulacaq. İsrail isə Amerikasız çox davam gətirə bilməyəcək. Ona görə ki, İranla sərhəd qonşuluğu yoxdur və hava əməliyyatları üçün ağır və dəqiqliyi ilə seçilən modern silahlar lazımdır. Yəhudilər anlayırlar ki, yalnız “Davud sapandı”ına ümid bağlamaq sadəlöhvlük olardı. Ona görə də yəhudi lobbisi Trampı savaşa qoşulmağa tətikləyir”. Ekspertə görə, indiki mərhələdə ABŞ-ın yubanması daha çox İranın xeyrinədir.

Politoloq Niyaməddin Orduxanlı Amerikanın bir halda İsrailə ciddi hərbi dəstək verəcəyini ehtimal edir: “ABŞ-ın icazəsi və əmri olmasaydı, İsrail heç vaxt İrana hücum etməzdi. Bu, birmənalı belədir. ABŞ istəyirdi ki, İran öz atom elektrik stansiyaları üçün zənginləşdirilmiş uranı xaricdən alsın. İran isə özü bu yanacağı istehsal etmək istəyirdi və buna görə ABŞ ilə razılığa gələ bilmirdi. Ona görə də İrana zərbələr endirildi. İran texnoloji baxımdan İsraildən geri qalır. ABŞ da İsrailə silah və kəşfiyyat məlumatları verir. İranın bu savaşda qalib gəlmək imkanları çox azdır”.

Previous Post

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib

Next Post

Ceyms Kukun 250 il əvvəl batmış gəmisi tapıldı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24

ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...

Next Post

Ceyms Kukun 250 il əvvəl batmış gəmisi tapıldı

Ağ çörək bu xərçəng növünə səbəb olur - Araşdırma

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.