"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Bu, prokurorluğa yeni qəbul olunanlara şamil olunsun”-Qüdrət Həsənquliyev

21 İyun 2025 - 14:03
in GÜNDƏM

qudret bey

FacebookVatsap

“Mən buna etiraz eləmirəm. 65 yaşa qaldırıla bilər. Amma burada 60 yaşdan sonra əgər istəyərlərsə, onların pensiyaya getmək hüquqları saxlanılsın. Niyə? Birincisi, hörmətli Əminə xanım qeyd etdi ki, Avropa ölkələrində onların pensiyaya getmək üçün yaş həddi yuxarıdır. Avropada orta yaş həddi 83 yaşdır. Bizdə nə qədərdir? Yəni biz bunu nəzərə almalıyıq”.

Bunu da oxuyun

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Elchi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili əlavə edib: “Dəfələrlə bunu demişik. Xüsusilə prokurorluqda işləyənlərin əksəriyyəti kişilərdir, kişilərin də heç 47 faizə qədəri pensiya yaşına çatmamış dünyasını dəyişir. Ona görə də bu barədə düşünməliyik. İkincisi, burada niyə prokurorluq, hüquq mühafiə orqanları əməkdaşları, güc strukturları, silahlı qüvvələr, yəni bunlarda müəyyən bir müddət xidmət edəndən sonra insanlar daha tez pensiyaya buraxılır? Ona görə ki, onların həyat və sağlamlıqları üçün təhlükə var. O cümlədən prokurorluq işçilərinin neçəsi indiyə qədər cinayətkar qruplar tərəfindən qətlə yetirilib? Yəni onların həyatları üçün hər an təhlükə var. İkincisi, onlar stressli bir həyat yaşayırlar. Məsələn, qısa müddətdə olsa da mən özüm də hüquq-mühafizə orqanlarında işləmişəm. Məsələn, birini məsuliyyətə cəlb edirsən, o, qanunu pozub, amma buna baxmayaraq bəzən həmin o məsuliyyət cəlb etdiyin o şəxsin tək özü haqqında düşünmürsən, onun yaxınları, ailə üzvləri, uşaqları var. Bəzən o həbs olunana qədər elə müstəntiq daxili bir iztirab keçirir. Əlbəttə, bu, vicdanını itirməyənlərə aiddir. Mən xatırlayıram, biz hələ universitetdə təhsil alanda bizim hörmətli müəllimlərdən biri deyirdi ki, “bizim tələblərdən biri hakim təyin olunmuşdu, o, bir şəxsə cəza təyin edən zaman zalda da onun həyat yoldaşı, uşaqları olublar. Hökmü oxuyub başa çatandan sonra orada qadının, onun ailə üzvlərinin keçirdiyi iztirabları, ağlamalarını görüb və huşunu itirib yerə yıxılıb”. Həm də onlar gecə də yatmırlar, istintaqla bağlı fikirləşirlər, düşünürlər. Bunun üçün mən hesab edirəm ki, bu müddəti 65 yaşa qaldırsaq da, şəxs 60 yaşdan sonra şəxs pensiyaya çıxa bilsin. Yəni kim istəyir 65 yaşa qədər işləmək istəyənlər, fəaliyyətini davam etdirmək istəyi ilə bağlı ərizə yazsın və fəaliyyətini davam etdirsin. Bu baxımdan mən bunu təkcə öz fikrim kimi söyləmirəm. Mən bu qanun layihəsi gündəmə gələndən sonra prokurorluqda işləyən bəzi insanlarla da söhbət etmişəm, onların da fikirləri budur. Onlar da deyirlər ki, biz səbrlə oturub gözləyirdik ki, pensiya vaxtımız çatır və birdən-birə bu qanun qəbul olunur və biz bir növ çətin vəziyyətə düşürük.

O zaman biz də ümumiyyətlə qəbul edək ki, bu, prokurorluğa yeni qəbul olunanlara şamil olunsun. Ona görə ki, Konstitusiyaya görə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Bu da onun pensiya hüququnu məhdudlaşdırdığına görə vətəndaşın vəziyyətini ağırlaşdırır. Ona görə də gəlin onda qeyd edək ki, bu, prokurorluq orqanlarına yeni qəbul olunan işçilərə şamil olunur”.

Previous Post

Quba rayonuna prokuror təyin edildi

Next Post

Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır

Bənzər yazılar

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

26 Avqust 2026 - 17:56

ABŞ və İran arasında müharibə "olduqca tezliklə" başa çatacaq. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın Prezidenti Donald Tramp "The...

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

26 Avqust 2026 - 17:15

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib....

Next Post

Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır

Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.