"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“ABŞ İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir” – Qüdrət Həsənquliyev

20 İyun 2025 - 21:52
in MANŞET

qudret

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev son günlər dünyada baş verən proseslər, xüsusilə, İran-İsrail arasındakı gərginliklər fonunda Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, İsrailin İrana hücumundan bir həftə vaxt keçir, nələri müşahidə edirsiniz? Bundan sonra nələr baş verə bilər?

-Müşahidələrim ondan ibarətdir ki, müharibə daha dağıdıcı xarakter alır və tərəflərin hələ ki, müharibəni davam etdirmək imkanları var. ABŞ silah sursatla İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir. ABŞ prezidenti Donald Trampın 80-ə yaxın yaşı var, qərar qəbul etməkdə çətinlik çəkir. Fikirləri çox qarışıq və ziddiyyətlidir. Həmişə demişəm ki, o, görünmək istədiyi qədər cəsarətli adam deyil. Fikrimcə, həm də Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Trampı başa salıb ki, qarışma, amma daxildə Trampa böyük təzyiq var.

-İran İsrailə daha dağıdıcı zərbələr endirsə, İsrail nüvə silahından istifadə edə bilərmi?

-Dövlətin mövcudluğuna təhlükə yaransa, İsrail böyük itkilərlə, dağıntılarla  üzləşsə və ABŞ ona kömək etməsə, düşünürəm ki, İsrail tərəddüd etmədən İrana nüvə zərbəsi endirəcək.

-Azərbaycanın İrandakı müharibəyə hansısa formada qatılması mümkündürmü?

-Azərbaycanın münaqişəyə yanaşması ədalətli və beynəlxalq hüquqa uyğundur. Biz iqtidarın siyasətini tam dəstəkləyirik. Azərbaycan tərəfləri münaqişəni danışıqlar yolu ilə həll etməyə, beynəlxalq humanitar hüquqa hörmət etməyə, dinc insanlara və mülki infrastruktura ziyan vurmamağa çağırır. Hesab edirəm ki, nəzəri baxımdan Azərbaycan qardaş Türkiyə ilə birlikdə o zaman hansısa addımlar ata bilər ki, İranda mərkəzi hakimiyyət çökər və azərbaycanlılar soyqırım və etnik təmizləmə siyasəti təhlükəsi ilə üz-üzə qalar. Ümid edək ki, proseslər o həddə gəlib çatmaz və müharibə sülh anlaşması ilə başa çatar, İranda böyük islahatlar başlayar, azərbaycanlılar da milli haqlarına qovuşar. İranda türk düşmənçiliyinə son qoyular, Zəngəzur dəhlizi açılar.

Biz Qarabağı azad edəndən sonra söyləmişdim ki, İlham Əliyev Allahın seçdiyi və sevdiyi siyasətçilərdəndir. O, nə qədər çevik, müdrik və cəsarətli siyasətçi olsa da, biz yalnız Allahın köməyi ilə torpaqlarımızı işğaldan azad edə bilərdik. Yalnız Allah beynəlxalq və regional proseslərin gedişini o cür əlverişli formada təmin edə bilərdi. Onu da qeyd etmişdim ki, ola bilsin Allah-taala onun üzərinə daha bir və ya bir neçə tarixi missiya qoyub.

-İran niyə müharibədən yayına bilmədi?

-İran iqtisadiyatı özünün ən pis dövrünü yaşayır. Sanksiyalar və hərbi xərclər, proksi müharibələri iqtisadiyyata öz mənfi təsirini göstərirdi. Daxildə ciddi milli və sosial zəmində narazılıq var. Dini və hərbi rəhbərlik çəkindi ki, nüvə məsələsində güzəştə getsə, xalq bunu zəiflik kimi qəbul edəcək və onlar siyasi hakimiyyəti itirə bilərlər. Amma ciddi səhvə yol verdilər. İran prezidenti Məsud Pezeşkian seçiləndən sonra dəfələrlə müsahibələrimdə deyirdim ki, bu bəlkə də İran üçün sonuncu şansdır ki, ölkə islahatlarla, dinc yolla inkişaf etsin, İsraillə düşmənçiliyə son qoyulsun, sanksiyalar aradan qaldırılsın. Deyirdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli, ona daxili və xarici siyasətin müəyyənləşdirilməsində, islahatların aparılmasında tam sərbəstlik verməli, onu müdafiə etməlidir. Pezeşkian seçiləndən sonra açıq söyləyirdi ki, o, ABŞ ilə danışıqların tərəfdarıdır, İranda yaşayan digər xalqlara öz dillərini, milli mədəniyyətlərini inkişaf etdirməyə imkan verilməlidir ,amma dini lider icazə vermədiyindən o, geri çəkildi. Əslində bu onun zəifliyi idi. Ölkəsini qorumaq üçün  mübarizə aparmalı idi. Proseslərin hara gətirib çıxaracağını gördüyü halda həmin siyasətin davam etdirilməsinə etiraz edə bilmədi, onun iştirakçısına çevrildi.

Previous Post

Qrossi: “Nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir”

Next Post

Azərbaycana yay fəsli daxil oldu

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post

Azərbaycana yay fəsli daxil oldu

Tanınmış jurnalist vəfat etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.