Yaponiyanın şimalında, Hokkaydo sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 08:08-də Hokkaydonun cənub-şərqindəki Nemuro yarımadası yaxınlığında baş verib.
6,1 bal gücündə zəlzələ çox dayaz dərinlikdə qeydə alınıb.
NHK dövlət televiziyasının məlumatına görə, zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Agentlik bildirib ki, zəlzələ Hokkaydonun şərq Sakit okean sahillərində gelgit səviyyəsinə 20 santimetrdən az təsir göstərə bilər.
Şayəstə Hüseynova


















