Norveç kralı VIII Hokon parlamentdə and içib.
Elchi.az xəbər verir ki, bu barədə “NRK” telekanalı məlumat yayıb.
“Mən Norveç Krallığını onun konstitusiyasına və qanunlarına uyğun olaraq idarə edəcəyimə söz verir və and içirəm. Kraliça ilə birgə ölkə və xalq qarşısında borcumuzu yerinə yetirməyə hazır olduğumuzu təsdiqləyirik”, — deyə telekanal Norveç monarxının nitqini sitat gətirir.
53 yaşlı VIII Hokon atası V Haraldın vəfatından sonra kral olub.
Məryəm





















