Beşiktaşın yeni stadionunun analoqu Xəzər sahillərində inşa edilə bilər
Türkiyədə işguzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli bu ölkənin iş adamları ilə önəmli görüşlər keçirib. Beşiktaş Klubunun başkanı, tanınmış iş adamı Fikrət Ormanla görüşən Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub. Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən Beşiktaş Klubunun başkanı Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb. “Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalıarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib. Beşkitaş İnşaatın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stdaionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə Fikrət Ormanın danışıqlarında Besiktas baskani təmsilçisi memar Nurcan Maraş da iştirak edib.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli digər bir görüşü Türkiyənin ən böyük biznes strukturlarından biri olan NUROL Şirkətler Qrupunun İdarə Heyyətinin sədr müavini Erol Çarmıklı ilə olub. 1966-cı ildə yaradılan NUROL İnşaat yalnız Türkiyədə deyil, Yaxın Şərq, Afrika və keçmiş sovet respublikaları da daxil olmaqla dünyanın 30-dan artıq ölkəsində böyük layihələr həyata keçirir. Belə böyük şirkətin Azərbaycanda da layihələr həyata keçirməsi ölkəmizin maraqlarına cavab verərdi. Artıq bunun üçün ilkin addımlar atılıb. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin NUROL Şirkətler Qrupunun İdarə Heyyətinin sədr müavini Erol Çarmıklı ilə görüşündə bu şirkətin “Khazar İslands” layihəsində iştirakı müzakirə olunub. Müzakirələrdə NUROL Şirkətler Qrupunun “Khazar İslands”a sərmayə yatırımı ilə bağlı ilkin razılaşma əldə olunub və növbəti görüşlərdə həyata keçiriləcək layihələrlə bağlı müzakirə aparılmasına qərar verilib.
Nüfuzlu iş adamı Hacı İbrahim Nehrəmli Türkiyədə bir çox inşaat və enerji layihələrini uğurla həyata keçirmiş TÜRKERLER Holdinqin layihə kordinatoru Mehmet Gürcan Erdenlə görüşü olub. Bu görüşdə “Avesta Concern”in ilə TÜRKERLER Holdinq arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.