ABŞ-da “Peanut” adlı 21 yaşlı toyuq dünyanın ən yaşlı toyuğu kimi tanınıb. O, ailə fermasında başqa heyvanlarla birlikdə yaşayır.
Elchi.az-ın Odditycentral.com-a istinadən xəbərinə görə, toyuğun sahibi Marki Darvinin dediyinə görə, 21 il əvvəl o, timsahları qidalandırmaq üçün gölməçəyə çürük yumurta atarkən zəif çığırtı səsi eşidib. Məlum olub ki, həmin vaxt yumurtadan cücə çıxıb və səs verib.
“Mən onu diqqətlə yumurtadan çıxardım”,-deyə qadın bildirib.
Darvin əlavə edib ki, o, toyuğa bu adı verib, çünki “Peanut” digər toyuqlardan çox kiçik idi və bu da onu ümumi sürüdən fərqləndirirdi. Marki etiraf edir ki, o, heç vaxt cücənin ailə fermasında 20 ildən çox yaşayacağını düşünmürdü. Yaşına baxmayaraq, ev heyvanı hələ də şən və aktivdir.
Yeganə