"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Bakının yeni qorxusu

28 Yanvar 2015 - 13:40
in SOSİAL
FacebookVatsap

258Nazirliyin yeni addımı şəhərdə ciddi həyəcan doğurub

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Bakıda rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri həyəcan içindədirlər. Belə söhbət gəzir ki, Nəqliyyat Nazirliyi indən belə fərdi avtomobillərin taksi fəaliyyəti göstərməsinə icazə verməyəcək, 1000-dən çox fərdi avtomobilin taksi lisenziyası ləğv ediləcək və onların yerinə şirkətlərin gətirdiyi yeni avtmobillər işləyəcək. Yəni bir növ Nəqliyyat Nazirliyinin sektoru inhisarların nəzarətinə vercəyi güman edilir. Bəs, əslində, nə baş verir?

ANS PRESS-in araşdırmasına görə, əslində, Nəqliyyat Nazirliyinin bazara hansısa bir inhisarçı şirkət-filan yerləşdirməklə bağlı heç bir planı yoxdur. Sadəcə, nazirlik son günlərdə qeyri-rəsmi taksi fəaliyyəti göstərən avtomobil sahiblərini lisenziya almağa dəvət edir. Nəmçinin, keçirilən reydlərlə qeyri-rəsmi fəaliyyət göstərən taksilər aşkarlanaraq cərimə edilir. 140 manatlıq cərimə gündə 30-40 manat dövriyyəsi olan taksi sürücüləri üçün yetərincə yüksək rəqəmdir və təbii ki, bu qəbildən olan sürücüləri rəsmi lisenziya almağa yönəldəcək.

Əslində, bu işlər bu il Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində aparılır və əsas reydlər oyunların keçiriləcəyi 7 obyektin ətrafında aparılır. Bununla da, nazirlik bir güllə ilə iki dovşan vurur – həm bazarda lisenziyasız fəaliyyət göstərən taksilərin sayını azaldır, həm də Avropa oyunlarının keçiriləcəyi obyektlərin ətrafında ingilis dilini bilən, modern avtomobillərdə fəaliyyət göstərən taksilər üçün meydan açır.

Artıq Bakının qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olan sürücülərində həmin obyektlərlə bağlı bir tabu yaranıb – oraya getmək olmaz. Yəqin ki, bu tabu Avropa Oyunlarına qədər sürəcək və bu müddət taksi fəaliyyətinin rəsmiləşdirmə səviyyəsini artıracaq. Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, Bakıda 20 mindən çox avtomobil lisenziya almadan fəaliyyət göstərir, lisenziyası olanları sayı isə 5 mindən aşağıdır. Ölkə üzrə isə 100 mindən çox adam qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğuldur.

Yəni bu sektorun rəsmiləşdirilməsi çox vacibdir və büdcəyə neftdənkənar daxilolmaların artmasında böyük rol oynaya bilər. Hər bir taksi sürücüsü ayda 18 manat lisenziya pulu, 21 manat isə sosial vergi ödəyir. 100 min sürücü üzrə götürdükdə bu, ildə 22 milyon manat vergi, 25 milyon manat isə sosial ödəniş deməkdir. Yəni sektorun rəsmiləşdirməsi büdcə yükünü ildə 50 milyon manat azalda bilər.

ANS PRESS-in araşdırmasına görə, sürücüləri rəsmi fəaliyyətə yönəltmək elə də çətin deyil. 1 manat bank rüsumu da nəzərə alınmaqla aylıq ödəniş 42 manatı keçmir. Yəni ayda orta hesabla ayda 500 – 600 manat qazanan taksi sürücüləri üçün bu pulu ödəmək elə də çətin deyil. Əksəriyyəti üçün bu həm də indi yaşadıqları səksəkədən qurtuluş yoludur. Məsələ bundadır ki, 5-6 aydır ki, bu sektorda bir növ xaos yaşanır. Əvvəllər qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri hansısa qeyri-rəsmi adamlara ayda 30-40 manat pul ödəyirdilər, onlar da həmin sürücüləri qeyri-rəsmi “kod” verirdilər. Bu, həmin sürücülərin qorxu-hürküsüz taksi fəaliyyəti gerçəkləşdirməsinə imkan verirdi. 5 ay qabaq nazirlik işə qarışdı və qeyri-rəsmi “kod”lar da, qeyri-rəsmi “krışalar” kimi yoxa çıxdı.

İndi sürücülər nigarançılıq içindədir, amma bununla belə rəsmi lisenziya almaq istəyənlər çox azdır. Səbəb rəsmi fəaliyyətin bürokratik tərəfləridir. “Biz savadsız adamlarıq. Vergiyə, DSMF-ə getməyə nə vaxtımız var, nə də başımız bundan çıxır. Ümumiyyətlə, verginin adı gələndə sürücüləri vahimə bürüyür. Buna bir əncam çəksəydilər, bütün ödənişləri eyni yerdən vermək mümkün olsaydı, biz kağızdan-kuğuzdan uzaq olsaydıq çox yaxşı olardı”,- deyə belə sürücülərdən biri ANS PRESS-ə bildirib.

Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bu problemi həll etmək üçün “vahid pəncərə” tətbiq etməyi mümkün sayır. “Naqliyyat Nazirliyinin patronajı altında “vahid pəncərə” tətbiq etmək olar. Yəni sürücü ora gələrək həm aylıq lisenziya pulunu, həm də DSMF ödənişini verə bilər. Hesabatlar da avtomatik təqdim oluna bilər. Yəni bunun məsuliyətini sürücünün boynundan götürmək lazımdır ki, qorxmadan fəaliyyətini rəsmiləşdirə bilsin”,- deyə Azər Allahşverənov ANS PRESS-ə bildirib.

Ekspert problemin ikinci həll yolunu Bakıda taksi dayanacaqlarının lisenziyalaşdırılmasında görür: “Bu məsələdə Türkiyə təcrübəsindən yararlanmılıdır. Şəhər araşdırılmalıdır və özəl taksi dayanacaqlarının yerləri, hər dayanacaqda neçə taksinin dayan biləcəyi müəyyən edilməlidir. Bu indiki xaosu aradan qaldırar. Yoxsa, qeyri-rəsmi taksi sürücüləri arı bala yığışan kimi dayancaqlara, yol kəsişmələrinə yığılaraq həm piyadaların, həm də nəqliyyatın işini çətinləşdirirlər”.

ANS PRESS

Previous Post

"XXL" gözəllik (FOTO)

Next Post

ATƏT-dən qəti addım mesajı

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

ATƏT-dən qəti addım mesajı

ATƏT-dən qəti addım mesajı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.