Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxmasından sonra Ukrayna limanlarını bombaladığını və böyük miqdarda taxıl yandırdığını və son hadisələrin “böyük ərzaq böhranına gətirib çıxaracağını” bəyan edib.
Elchi.az xəbər verir ki, Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlama verən Borrell Ukraynadakı vəziyyətin gündəmin əsas bəndlərindən olduğunu bildirib.
Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell, “Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib. Onlar da taxıl yandırırlar” deyib.
Rusiyanın hərəkətlərini “barbarcasına” adlandıran Borrell, “Bu, dünyada böyük bir qida böhranına səbəb olacaq” dedi.
Şayəstə Hüseynova