İranın Müdafiə Nazirliyi “Xorəmşəhr” ailəsinin “Xeybar” adını almış və əvvəlki raket modellərinin təkmilləşdirilmiş versiyası olan ən yeni uzaqmənzilli strateji ballistik raketini təqdim edib.
Elchi.az Armenpress.am-a istinadən xəbər verir ki, bu barədə İran qüvvələrinin briqada generalı Məhəmməd Rza Aştiani bildirib.
“İranın raket imkanlarını təkmilləşdirmək yolunda bu gün biz əvvəlki raketlərin təkmilləşdirilmiş versiyası olan “Xorəmşəhr-4″ strateji ballistik raketini təqdim etdik”, -deyə general bildirib.
Nazirin sözlərinə görə, raketin xüsusiyyətləri onun radioelektron döyüş hücumlarına və düşmənin hava hücumundan müdafiə sistemlərinə qarşı həssas olmaması, müxtəlif növ döyüş başlıqlarından istifadə etmək imkanı, hərəkətlilik və işə hazırlaşmaq üçün lazım olan qısa müddətdir. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı yüksək partlayıcı gücə malikdir.
Yeganə