BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları bugünkü dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır.
Elchi.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
“Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, – Quterreş bildirib.
BMT-nin baş katibinin sözlərinə görə, COVİD-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar qarşısında qlobal maliyyə sistemi qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib.
Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.
Hizbullah İsrail əsgərlərini və Dəmir Qübbə sistemini hədəf alıb
Hizbullah Livanın cənubundan kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrail əsgərlərinin yerləşdiyi Dəmir Günbəz bazasına və hava hücumundan müdafiə sisteminə...