Türkiyə daha 2 atom elektrik stansiyası tikməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, ölkənin Energetika və Təbii Sərvət Nazirliyi artıq hərəkətə keçib.
İkinci AES-in Sinopda tikilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə layihədə maraqlı olan ölkələrlə danışıqların aparılması gözlənilir.
Üçüncü AES isə Trakyada tikilə bilər. Bununla bağlı araşdırmalar aparılacaq. Bölgə strateji əhəmiyyəti və torpaq şəraiti baxımından da uyğun hesab olunur.
Qeyd edək ki, ötən gün “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağı yüklənib.
Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto
Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...