"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ombudsmandan Tərtərdəki mina partlayışına görə çağırış

29 Aprel 2023 - 11:26
in SİYASƏT
FacebookVatsap

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtərdə baş vermiş mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması faktı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib.
Elchi.az çağırışın mətnini təqdim edir:
“Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi mina terroru və azərbaycanlılara qarşı nifrət siyasəti günahsız insanların qətlə yetirilməsinə səbəb olmaqdadır.
Dərin təəssüf hissi ilə bildirirəm ki, cari ilin 28 aprel tarixində Tərtər rayonunun Talış kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olmuşdur. Ermənistanın növbəti mina terrorunun qurbanına çevrilərək həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm!
Ermənistan 30 ilə yaxın bir dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq insanların həyat və sağlamlığına zərər vermək məqsədilə yüz minlərlə mina basdırmışdır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə 300-dək insan mina qurbanı olmuş, onlardan 54 nəfəri həyatlarını itirmişlər. Lakin bütün bunlara baxmayaraq Ermənistan nəinki ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.
Belə ki, son dövrlər baş vermiş mina hadisələrinin araşdırılması zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur.
Dünya ictimaiyyətinin, əlaqədar beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana ciddi təsir göstərməməsi son dövrlərdə regionda bu kimi təxribat yönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter almasına səbəb olmaqdadır.
Dəfələrlə tələb edilməsinə baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi nəticə etibarilə çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə gətirib çıxaran mina partlayışlarının baş verməsinə səbəb olur.
Bununla əlaqədar bir daha dünya ictimaiyyətinə müraciət edərək, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın mina terrorunun aradan qaldırılması məqsədilə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim edilməsinə dəstək verməyə və beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıram”.

Bunu da oxuyun

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Previous Post

Ombudsmandan Tərtərdəki mina partlayışına görə çağırış

Next Post

Türkiyə daha iki AES tikə bilər

Bənzər yazılar

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

12 Noyabr 2026 - 20:42

Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri...

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

12 Noyabr 2026 - 20:35

Avropa liderləri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəklərini təsdiqləyib, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli...

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

12 Noyabr 2026 - 19:21

Yaxın saatlarda Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Bu barədə Elchi.az xəbər verir. Qeyd edək...

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

12 Noyabr 2026 - 18:46

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak...

Next Post
Türkiyə daha iki AES tikə bilər

Türkiyə daha iki AES tikə bilər

Türkiyə daha iki AES tikə bilər

Türkiyə daha iki AES tikə bilər

Son xəbərlər

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

12 Noyabr 2026 - 21:37
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

12 Noyabr 2026 - 21:33
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25
Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

12 Noyabr 2026 - 20:42
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

12 Noyabr 2026 - 20:40
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12 Noyabr 2026 - 20:39
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

12 Noyabr 2026 - 20:35
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

12 Noyabr 2026 - 19:21
Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12
FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:53
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

12 Noyabr 2026 - 18:46
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:37
Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

12 Noyabr 2026 - 18:24
Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11
Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

12 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.