“Serbiya ilə Kosovo arasında gərginliyin genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi üçün heç bir ilkin şərt görünmür”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib.
“Biz sabitliyi və sülhü qorumaq üçün hər şeyi edəcəyik. Mən müharibə proqnozlaşdırmıram. Ümid edirəm ki, biz bütün çətinliklərin öhdəsindən gələcəyik”, – deyə Vuçiç söyləyib.
Vuçiç Serbiyanın Kosovo məsələsi ilə bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazır olduğunu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bu məsələni müzakirə etməkdən məmnun olacağını vurğulayıb. O, qeyd edib ki, Kosovonun müstəqilliyi məsələsində mövqelərin fərqli olmasına baxmayaraq, Türkiyə Belqradda dost ölkə hesab olunur.
Yeganə